Şriftin ölçüsü:
22.05.2010 05:06 | Oxunma sayı: 312
AZƏRBAYCAN RESPUBLİKASI
Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi
Sektor: Ümumi maliyyə. Kredit N. 4405 AZ Qrant N. TF057849
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsinin icrası məqsədilə Dünya Bankından maliyyə vəsaiti qəbul etmişdir və bu vəsaitlərdən aşağıda adı çəkilən müqavilə üzrə satın alınacaq məsləhətçi xidmətlərinin ödənilməsini nəzərdə tutur: Azərbaycan Peşəkar Mühasibat Uçotu və Audit üzrə Təlim, Təhsil və Tədqiqat Mərkəzinin (ACPATER) yaradılması. Layihə Yaponiya Höküməti (PHRD Qrantı), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO Qrantı) və Azərbaycan Höküməti ilə birlikdə maliyyələşdiriləcək.
Tapşırığın məqsədləri aşağıdakılardır:
Strukturuna (nəzarətçi orqan da daxil edilməklə), funksiyasına, maliyyələşdirilməsinə və s. uyğun olaraq mərkəzin yaradılması və qeydiyyatı üçün bütün zəruri aspektlərin müəyyən edilməsi
Mərkəzin tam fəaliyyətdə olma mərhələsinə gətirilməsi, o cümlədən hər hansı lazımi qanunların, fərmanların və digər hüquqi aktların icrası, işçi heyətinin işə götürülməsi, nəzarətedici orqanın təyin edilməsi və s. ilə bağlı tədbirlər üçün təfərrüatlı vaxt cədvəlinin hazırlanması
Müvafiq hüquqi formanın təklif edilməsi və hüquqi sənədlərin, o cümlədən mərkəzin qeydiyyatı üçün nizamnamənin və təşkilati strukturun hazırlanması
Fərdi vəzifələrin, iş profillərinin və s. müəyyən edən təfərrüatlı təşkilati strukturun işlənməsi
Mühasibat uçotu və audit üzrə treyninqlərin keçirilməsi, təhsili təşkil edənlərin lisenziyalaşdırılması üçün vahid təlimatların hazırlanması
Mərkəzdə aparılacaq kurslar və proqramlardan bəhrələnəcək dinləyici auditoriyasının müəyyən edilməsi
Tələb olunan meyarlar:
Mühasibat uçotu və audit sahələrində böyük təcrübəyə, imkanlara malik olan nüfuzlu konsaltinq şirkəti;
Peşəkar mühasibat uçotu üzrə sertifikatlaşdırma proqramının hazırlanması, təkmilləşdirilməsi və təqdim olunması ilə bağlı təsdiq olunmuş əhəmiyyətli dərəcədə təcrübə; xüsusilə də məsləhətçi şirkət beynəlxalq aləmdə tanınmış peşəkar mühasibat uçotu üzrə təşkilatla ən azı etibarlı əlaqələrə və ya münasibətlərə malik olmalıdır;
Son üç ildə əldə olunan müvafiq təcrübə (o cümlədən, regional);
Azərbaycan mühitində, hüquqi və institusional çərçivədə ümumi, Azərbaycanın mühasibat uçotu sferasında isə xüsusi bacarıqlara və geniş imkanlara malik olmalıdır;
Təsir altında işləyə bilmək bacarığı və kompleks şəkildə nəticələrin əldə edilməsi;
İngilis dili də daxil olmaqla yerli dildə (Azərbaycan dili) işləyə bilmək bacarığı
İcra müddəti: İyun 2010-Oktyabr 2010
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvafiq konsaltinq şirkətlərini təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Maraqlarını ifadə etmək istəyən şirkətlər xidmətləri göstərmək bacarığına malik olmalarını əks etdirən məlumatı (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar şəraitdə təcrübə, işçi heyəti arasında müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.
Məsləhətçi şirkət "Dünya Bankından Borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması qaydaları"nda (May 2004-cü ilin nəşri və Oktyabr 2006-cı ilin təkmilləşdirilmiş nəşri) əks olunan məsləhətçinin kvalifikasiyası əsasında seçim (CQS) prosedurlarına uyğun olaraq seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 9.00-dan 17.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.
Maraqlarını ifadə etmək istəyən şirkətlər 1 İyun 2010-cu il tarixə qədər aşağıda qeyd olunan ünvana müraciət etməlidirlər.
Azərbaycn Respublikası Maliyyə Nazirliyi
Cənab Fuad Nəsirov
Layihənin İdarəetmə Qrupunun Direktoru
Səməd Vurğun küçəsi 83,
AZ 1022, Bakı, Azərbaycan
Tel: (994 12) 404 47 27; 404 47 16
E-mail: [email protected]; [email protected]
Veb səhifə:
www.maliyye.gov.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.