Maraq məktublarının qəbul edilməsinə dair elan (Məsləhət xidmətləri)

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Layihə İcra Qrupu (LİQ)
Dörd texniki tapşırığın hazırlanması üzrə məsləhət xidmətləri
Kredit № : 7549-AZ
Layihə İD № : P110679

Maraq məktublarının qəbul edilməsi
İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini dörd texniki tapşırığın hazırlanması üçün məsləhət xidmətlərinin satınalınmasına yönəltmək niyyətindədir. Xidmətin müddəti 2 aydır.
Bu tapşırıq üzrə məsləhət xidmətlərinin məqsədi Bakı şəhəri ərazisində bərk məişət tullantıları idarəçiliyi xidmətləri üzrə islahatların aparılması və regiondakı əlaqədar tullantı müəssisələrinin təkmilləşdirilməsi üçün Layihə İcra Qrupu (LİQ) ilə birlikdə texniki-iqtisadi əsaslandırma, layihələndirmə və digər növ işlərlə əlaqədar texniki tapşırıqları hazırlamaq, bu işlərə və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə işə nəzarət və idarəçiliyi həyata keçirməkdir.
Texniki işlər üzrə fərdi məsləhətçi aşağıda göstərilən müqavilələr üzrə müfəssəl texniki tapşırıqları (hər tapşırıq 10-20 səhifə olmaqla) hazırlayacaqdır:
1.Tullantıların toplanması sisteminin texniki-iqtisadi əsaslandırılması, təfsilatı ilə layihələndirmə və əhatə dairəsinin genişləndirilməsi planının hazırlanması üçün Məsləhət Xidmətləri Müqaviləsi
2.Ötürücü stansiyalar və yeni poliqon əraziləri layihələrinin hazırlanması üzrə Məsləhət Xidmətləri Müqaviləsi
3.Balaxanı və digər ərazilərdə bərpa işlərinə nəzarət üzrə Məsləhət Xidmətləri Müqaviləsi
4.Ötürücü stansiyaların və yeni poliqon ərazilərinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi üçün hazırlıq üzrə Məsləhət Xidmətləri Müqaviləsi
Beynəlxalq ekspertin profili aşağıda göstərildiyi kimi olmalıdır:
Bərk Məişət Tullantılarının İdarə Edilməsi üzrə Baş Mütəxəssis*
Mütəxəssis ətraf mühit, sanitariya yaxud mülki mühəndislik və ya digər oxşar sahələr üzrə ali təhsilə, bərk məişət tullantılarının idarəçiliyi sisteminin strateji/siyasi inkişafı, planlaşdırılması və həmçinin həyata keçirilməsi üzrə 15 illik beynəlxalq peşəkar təcrübəyə malik olmalıdır. Layihələrin idarə olunmasında uğurlu təcrübəyə malik olmalıdır. Həmçinin BMTİ ilə əlaqədar investisiya layihələri, ətraf mühit üzrə və sosial işlərlə tanış olmalı, BMTİ-nin maliyyələşmə strukturları, korporativ qurğular, bu sahədə ictimaiyyətlə əlaqələr və maarifləndirmə işləri üzrə təcrübəyə malik olmalıdır.
Layihə İcra Qrupu (LİQ) fərdi mütəxəssisləri qeyd olunan texniki məsləhət xidmətlərinin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Maraqlı olan fərdi mütəxəssislər tərcümeyi-hallarını təqdim etməlidirlər.
Məsləhətçi şirkətlərin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən "Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatları"nın cari variantına - (2004-cü ilin may ayı, 2006-cı ilin oktyabrında yenidən qəbul olunmuşdur) müvafiq olaraq Keyfiyyət və Qiymət Əsasında Seçim (KQƏS) metodu ilə aparılacaqdır.
Maraqlanan məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər.
(Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri saat 9:00-dan 18:00-a kimi). Tərcümeyi-hallar elektron və ya yazılı formada təqdim oluna bilər.
Maraq məktubları 31 may 2010-cu il tarixədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvanlara göndərilməlidir.
Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Satınalma üzrə mütəxəssis Hüseyn İsmayılov
AZ1001, Bakı, Azərbaycan
Xocalı prospekti 55, AGA İş Mərkəzi
Tel: (+99412) 464 4156
Fax: (+99412) 464 4157
E-mail: [email protected];
[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında