Tender 9 Lot üzrə 30 dekabr 2011-ci il saat 15.00 -da təchizat idarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcək.
1-ci Lot-orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış furajkaları, böyük və orta rəis heyəti üçün gündəlik furajkalar.
2-ci Lot-orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış kostyumu, böyük və orta rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması "Mont", parad-çıxış paltosu, plaş-palto, yay yubkası və yay şalvarlarının tikilişi(sifarişçinin parçasından). İsti qış gödəkçələri, yağmurluq və yay örtüyü (YPX).
3-cü Lot-orta, sıravi və kiçik rəis heyəti üçün parad-çıxış kostyumu, böyük və orta rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması "Mont" parad-çıxış paltosu, plaş-palto, yay yubkası və yay şalvarları üçün müxtəlif tərkibli parçalar.
4-cü Lot-gündəlik ayaqqabı, idman ayaqqabısı, səhra çəkməsi, qadın üçün gündəlik ayaqqabı və uzunboğaz çəkmə.
5-ci Lot-qış papaqları, qış səhra papağı, ağ uzunqol köynək, açıq boz rəngli uzunqol və qısaqol köynəklər, plaş-örtük, qalstuk, polis paqonları, səhra kostyumu, səhra furaşkası və sıravi heyət üçün gündəlik furajkalar.
6-cı Lot-pulover, əlcək, şərf, idman kostyumu, isti alt tuman-köynək, mayka, tuman, səhra maykası və pambıq corablar.
7-ci Lot-fərqlənmə nişanları.
8-ci Lot-akselbant, parad kəməri, şalvar qayışı, xüsusi kəmər və xüsusi ləvazimat.
9-cu Lot-yataq ləvazimatları.
İddiaçılar bütün lotlarda iştirak etmək üçün 8204,64 manat, 1-ci Lot üzrə 179,39 manat, 2-ci Lot üzrə 1962,83 manat, 3-cü Lot üzrə 1521,33 manat, 4-cü Lot üzrə 782,76 manat, 5-ci Lot üzrə 2414,20 manat, 6-cı Lot üzrə 440,73 manat, 7-ci Lot üzrə 501,75 manat, 8-ci Lot üzrə 264,20 manat, 9-cu Lot üzrə 137,45 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
"Kapital bank"ın Rabitə filialı, kodu 200189, VÖEN 9900003611, müxbir hesab 0137010001944, SWİFT BİK AİİBAZ2X
7 saylı xəzinədarlıq idarəsi
hesab 32051019441801748118
VÖEN 1501412631
DİN-in Təchizat İdarəsi
təsnifat 2077770 fond 7
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
Təchizat İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
-tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi(30 bank günü qüvvədədir);
-tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-vergi orqanlarından müvafiq arayış;
-malgöndərənin son bir ildəki(əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-keyfiyyət sertifikatı.
Tender təklifi "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb və möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2011-ci il dekabr ayının 29-da saat 17-dək tender keçirənə təqdim edilir.Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir. Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2011-ci il dekabr ayının 20-də saat 17-dək satın alana çatdırılmalıdır.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
-satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
-ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar 1-ci, 2-ci, 4-cü, 5-ci və 7-ci Lotlar üzrə 2012-ci ilin dekabr ayınadək, 3-cü Lot üzrə iyun ayınadək, 6-cı, 8-ci və 9-cu Lotlar üzrə isə sentyabr ayınadək DİN-in Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlaqələndirici şəxslər- Habil Ağayev və Məhərrəm İbrahimov.
Telefonlar: 590-98-91, 590-80-22.
{nl}
Tender komissiyası
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.