Şriftin ölçüsü:
25.11.2011 16:14 | Oxunma sayı: 403
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti
Şamaxı şəhər 1 nömrəli İxtisaslaşdırılmış ruhi-əsəb internat evi 2012-ci ildə ərzaq məhsullarına olan tələbatının ödənilməsi ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 2(iki) lot üzrə keçirilir.
Lot 1. Çörək məhsulları
Lot 2. Ərzaq məhsulları
Lot 1. Çörək məhsulları - 41175 kq
Lot 2. Ərzaq məhsulları
1.Təzə süd - 5500 ltr
2.Quru süd - 540 kq
3.Qatıq - 10980 ltr
4. Kəsmik - 4941 kq
5. Xama - 824 kq
6. Toyuq budu - 900 kq
7. Mal əti - 1530 kq
8. Qoyun əti - 3060 kq
9. Balıq - 2745 kq
10. Yer kökü - 2196 kq
11. Kələm - 5490 kq
12. Çuğundur - 1464 kq
13. Göyərti - 3660 kq
14. Soğan - 5490 kq
15. Badımcan - 1900 kq
16. Pomidor - 3660 kq
17. Xiyar - 3590 kq
18. Vermişel - 700 kq
19. Makaron - 700 kq
20. Düyü - 600 kq
21. Noxud - 500 kq
22.Qarabaşaq - 800 kq
23. Mərcimək - 543 kq
24. Kartof - 19215 kq
25. Təzə meyvələr - 16470 kq
26. Şirələr - 5490 ltr
27. Ədviyyat - 165 kq
28. Tamat - 110 kq
29. Çay - 110 kq
30. Duz - 440 kq
31. Şəkər - 1372 kq
32.Şəkər tozu - 1373 kq
33. Buğda unu - 824 kq
34. Quru meyvə - 549 kq
35. Kərə yağı - 960 kq
36. Kəndli yağı - 962 kq
37.Bitki yağı - 1647 ltr
38. Yumurta - 54900 əd
39. Kakao - 165 kq
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri, N.Nərimanov küçəsi, 106 nömrəli ünvandan ala bilərlər.
Lot 1-30 (otuz) manat
Lot 2-60 (altmış) manat
A 1. Adı: " Kapital Bank"ın Şamaxı şəhər filialı
Kod: 200736
VÖEN: 9900003611
M/H: 137010001944
S.W.I.F.T. BİK AIIBAZ2X
A 2. Şamaxı rayon xəzinədarlığı
Hesab №32051019447300201173
VÖEN: 8400082981
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi ( zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində (təkliflərin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dillərdə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri( tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 dekabr 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 28 dekabr 2011-ci il saat 17.00-a qədər 1 saylı İnternat evinə (Ünvan: Şamaxı şəhəri, N.Nərimanov küçəsi 106. Əlaqələndirici şəxs:Heybətov Ziya. Telefonlar: 0176-5-71-27, 0176-5-15-02) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçının təklifləri 29 dekabr 2011-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.