Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul
E L A N E D İ R
DSX Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
orta və ya orta-ixtisas təhsilə malik olmalıdırlar;
hərbi xidmətdə olmayanlar üçün - yaşı 17-dən 21-dək olmalıdır. 21 yaşadək çağırışçıların, o cümlədən Akademiyaya qəbul ili iyul ayının 31-dək 18 yaşı tamam olan şəxslərin hərbi sənədlərində müvafiq şəhər-rayon hərbi komissarlıqlarının möhlət qeydiyyatı vacibdir.
Xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçular, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər (ehtiyatda olan əsgərlər, çavuşlar və gizirlər (miçmanlar) üçün - yaşı 23-dək olmalıdır.
Fiziki cəhətdən sağlam olmalıdırlar.
Namizədlər TQDK tərəfindən müəyyən edilən 1-ci (1-ci qrup üzrə gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, uçuş mühəndisliyi və mexanika mühəndisliyi ixtisasları üzrə) və 2-ci (2-ci qrup üzrə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər, eyni zamanda onların fiziki hazırlığı yoxlanılacaqdır.
Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Ərizə;
Ərizədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
-Soyadı, adı, atasının adı;
-Doğulduğu il, ay, gün;
-Qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı;
-Təhsili;
- Özünün və yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri;
- Attestat (əgər orta məktəbi bitiribsə)
Ərizəyə anket, tərcümeyi-hal, işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə, orta və ya orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti (orta məktəb şagirdləri üçün cari ildəki qiymət cədvəlindən çıxarış), yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, 3 X 4 sm ölçüdə) əlavə olunmalıdır.
Sənədlər 2012-ci il yanvar ayının 1-dək qəbul ediləcəkdir.
Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır (bölgələrdə yaşayan vətəndaşlar DSX-nin yaxınlığında yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə müraciət edə bilərlər):
Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30, Dövlət Sərhəd Xidmətinin Aparatı.
Əlaqə telefonları: 493-13-29, 493-62-47.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında