Azərbaycan Respublikası Təhsil Nazirliyi Suraxanı rayon 2 saylı uşaq evi

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Suraxanı rayon 2 saylı uşaq evi 2011-ci ildə tələb olunan ərzaq məhsullarının satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir: Çörək və ərzaq məhsullarının satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Müqavilənin yerinə yetirilmə müddəti 1 (bir) ildir.
Tenderdə iştirak etmək istəyənlər Lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivi əlaqələndirici şəxs: G.Z.Əliyevadan ala bilərlər.
Telefon: 477-06-57
LOT 1 - 100 (yüz) manat ərzaq və çörək
Rekvizitlər: "Kapital bank" Suraxanı filialı
kodu: 200190
VÖEN: 9900003611
Müxbir hesab: 0137010001944
S.W.I.F.T.BIK - AIIBAZ2X
Suraxanı 11 saylı xəzinə idarəsi
hesab: 32051019441900201119
VÖEN: 190000875171
Kitab: 01006
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
* tenderdə iştirak etmək üçün ərizə;
* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
* tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
* tender təklifi qiymətinin 1%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır):
* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
* son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
* iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
* müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 19 dekabr 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 dekabr 2011-ci il saat 17.00-a qədər Xətai rayon 2 saylı Uşaq Evi (Ünvan: Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 27 dekabr 2011-ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq keçiriləcəkdir.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında