AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 lot üzrə keçirilir:
Lot-1: Aylıq, elmi-nəzəri və metodik "Vətəndaş cəmiyyəti" jurnalının 2012-ci il nömrələrinin hazırlanması və nəşri
Jurnalın hazırlanması və nəşri - 1 il ərzində
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları müvafiq peşəkar və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən fiziki şəxslər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ 1000, Bakı şəhəri, F.Əmirov küçəsi 1; 2-ci mərtəbədə yerləşən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından (əlaqələndirici şəxs: Cəmilə Əliyeva, [email protected] telefon 012-493-17-32) əldə edə bilərlər.
Lot 1. Tenderdə iştirak haqqı 110 manat;
Təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Hesab:
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
VÖEN-Bank 9900001881
Müxbir hesab: 0137010002944
Kod: 805551
SWIFT IBAZAZ2X
Alan müştəri 9 saylı Xəzinədarlıq İdarəsi
Hesab № 33205019449311365209
VÖEN: Təşkilat 1700987121
Hesab: № 01194
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8.İddiaçının tam adı, hüquqi statusu və rekvizitləri;
9.İddiaçının jurnalın ilk nömrəsini ödənişdən öncə nəşr etmək öhdəliyi.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilmiş sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 dekabr 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə 9 yanvar 2012-ci il saat 17.00-a qədər möhürlənmiş ikiqat zərfdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1 (2-ci mərtəbə) ünvanına) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təkliflər paketi 10 yanvar 2012-ci il saat 10.00-da açılacaqdır.
İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında