Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə hesabatlarının auditinin keçirilməsi üçün audit şirkətinin seçilməsi ilə bağlı tender elanı

1.Azərbaycan Respublikasının Mərkəzi Bankı 2010, 2011 və 2012-ci illər üzrə maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audit Standartlarına uyğun keçirilməsi üçün açıq tender keçirir.
Tender proseduru 29 iyun 2010-cu il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.İddiaçının mərkəzi bankların auditində iş təcrübəsi olmalıdır. Belə təcrübəsi olmayan iştirakçılar tenderdə iştirak edə bilməz.
3.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi. Təklif tender zərflərinin açıldığı gündən sonra 30 dekabr 2010-cu il tarixədək qüvvədə olmalıdır;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya) və s. notariat qaydasında təsdiq edilmiş surətləri;
-iddiaçı hüquqi şəxs olmadıqda baş idarənin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanının arayışı;
-tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
-tenderin əsas şərtlər toplusunun iddiaçıya dair tələblərə uyğunluğu barədə məlumatlar.
4.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 28 iyun 2010-cu il saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 18 iyun 2010-cu il saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
5.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 250 (iki yüz əlli manat) manat məbləğində vəsait köçürməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı, kod 501004, müxbir hesab №-si 0148010001944, SWİFT kodu NABZAZ2C, VÖEN 9900071001, hesablaşma hesab №-si 0170690001944.
6.Tenderin nəticəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra tenderin qalibi elan ediləcəkdir.
7.Auditin aparılma yeri: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binası.
8.Auditin başlanma vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən.
9.Auditin aparılması müddəti: iki ay.
10.Qiymətləndirilmə meyarları:
-maliyyə amili,
-audit şirkətinin və auditorların təcrübəsi.
11.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Tender üzrə əlaqələndirici şəxs: Əkbərova İlahə (Maliyyə idarəetməsi departamentinin əməkdaşı). Telefon(+99412) 493-11-22 (4-89).

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında