Şriftin ölçüsü:
16.11.2011 00:12 | Oxunma sayı: 393
Respublikada Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası üzrə 3 (üç) stasionar, 1 (bir) mobil stansiya və idarəetmə mərkəzi avadanlıqlarının alınıb quraşdırılması və şəbəkənin yaradılması məqsədilə
TENDER ELANI
Bu elanla DRİ radiomonitorinq və pelenqasiya avadanlıqlarının istehsalı, quraşdırılması, istismarı və satışı ilə məşğul olan təşkilatları, müəssisələri və şirkətləri tenderdə iştirak etməyə dəvət edir.
Qeydiyyat üçün iddiaçılar aşağıdakı sənədləri 19.12.2011-ci il, saat 17:00-a qədər (tender təklifləri və bank zəmanəti istisna olmaqla) tender komissiyasına təqdim etməlidirlər:
tenderdə iştirak haqqında müraciəti;
iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
iştirak haqqının ödənilməsi barədə bank sənədini.
Bu sənədlər təqdim edildikdən sonra əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) Bakı şəhəri Droqal döngəsi 702-ci məhəllə (PDM-in binası VI mərtəbə) tender komissiyasından almaq olar.
iddiaçılar özləri haqqında aşağıdakı əlavə sənədləri təqdim etməlidirlər:
son bir il ərzində analoji işlərin görülməsi haqqında məlumat;
iddiaçının hazırda məhkəmə proseslərində iştirak edib-etməməsi haqqında məlumat;
iddiaçının son 1 il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
İddiaçı tenderdə iştirak haqqı kimi Rabitə Nazirliyi DRİ-nin aşağıdakı hesabına 5000 (beş min) AZN məbləğində vəsait köçürməlidir.
Azərpoçt MMC RF1; kod - 691011;
VÖEN (bank) 9900037711;
m\h 0137010094944;
SWIFT AZROAZ 22;
h\h 91015461204201000072 DRİ
VÖEN 9900038911
İddiaçılar tender təkliflərini və bank zəmanətini (tender təklifi zərflərin açıldığı gündən ən azı 120 bank günü müddətində qüvvədə olmalıdır) 1 nüsxə əsli, 2 nüsxə surəti olmaqla müvafiq qaydada möhürlənmiş zərflərdə 27.12.2011-ci il, saat 17:00-a qədər Bakı şəhəri Droqal döngəsi 702-ci məhəllə (PDM-in binası VI mərtəbə) ünvanında DRİ-nin ümumi şöbəsinə təqdim etməlidirlər. Göstərilən müddətdən sonra daxil olan təkliflər baxılmadan geri qaytarılacaqdır.
İddiaçı tender təklifinə tender prosedurunun başlandığı gündən etibarən 180 (yüz səksən) bank günündən az olmamaq şərti ilə öz təklifinin dəyərinin 5(beş) faizədək məbləğində bank təminatı verməlidir.
İşlərin adı və məzmunu: "Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası üzrə 3 (üç) stasionar, 1 (bir) mobil stansiya və idarəetmə mərkəzi avadanlıqlarının alınması və şəbəkənin quraşdırılması".
Tender təklifləri:
İddiaçıların verdikləri tender təklifində qısa müddətdə istismara verilməsi nəzərdə tutulmalıdır.
İşin görülmə yeri: Azərbaycan Respublikası
İşin yerinə yetirilmə müddəti: müqavilə imzalandıqdan sonra 400 təqvim günündən çox olmamaq şərti ilə işin yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər;
- avadanlıqların yüksək keyfiyyəti;
-optimal qiymət;
- təminat müddəti, təminatdan sonrakı servis xidməti və ehtiyat hissələrlə təchizat;
- avadanlıqların etibarlılığına verilən təminat şərtləri;
- minimum enerji sərfi, maksimum ehtiyat hissələri;
- sertifikat uyğunluğu;
- işin ən qısa müddətdə yerinə yetirilməsi;
- texniki parametrlərin üstünlüyü;
- istismarın sadəliyi;
- quraşdırma işlərinin yerli təşkilatlar tərəfindən aparılması;
- avadanlıqların dəyərinin ödənişində əlavə güzəştli şərtlər.
Tender proseduru 28.12.2011-ci il saat 11:00-da DRİ-nin iclas zalında (Bakı şəhəri, Droqal döngəsi 702-ci məhəllə (PDM-in binası VI mərtəbə) açılacaqdır.
Tender barədə əlavə məlumatlar almaq üçün maraqlı olanlar DRİ-nə (əlaqələndirici şəxs - Nadir Sadıqov) müraciət edə bilərlər:
Telefonlar: +994 (12) 498-79-49;
+994 (12) 598-27-43
Faks: +994 (12) 598-48-43;
598-27-43
E-mail: ilham [email protected]
[email protected]
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.