Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi təminatındakı təşkilatların 2012-ci il ərzində ərzaq məhsullarına: 1-ci Lot "1-ci növ buğda unundan çörək'', 2-ci Lot "ət və ət məhsulları'', 3-cü Lot "süd və süd məhsulları'', 4-cü Lot "yağ məhsulları'', 5-ci Lot "kənd təsərrüfatı məhsulları'', 6-cı Lot "balıq və balıq məhsulları'' və 7-ci Lot "müxtəlif yarmalar və digər ərzaq məhsulları"na olan tələbatını ödəmək üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 7 Lot üzrə cari il dekabr ayının 20-də saat 15-00-da DİN-in Təchizat İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161-də) keçiriləcək.
İddiaçılar bütün lotlarda iştiraka görə 1023,37 manat, 1-ci Lot üzrə 7,73 manat, 2-ci Lot üzrə 82,65 manat, 3-cü Lot üzrə 95,96 manat, 4-cü Lot üzrə 38,15 manat, 5-ci Lot üzrə 312,18 manat, 6-cı Lot üzrə 16,17 manat və 7-ci Lot üzrə 470,53 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər: "Kapital bank"ın rabitə filialı, kod 200189, VÖEN 9900003611, müxbir hesab 0137010001944, SWİFT BİK AİİBAZ2X, 7 saylı xəzinədarlıq idarəsi, hesab 32051019441801748118, VÖEN 1501412631.
İştirak haqqı geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün təchizat idarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
tenderdə iştirak etmək üçün ərizə;
iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
tender təklifi (30 bank günü qüvvədədir);
tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində tender təklifinin bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
vergi orqanlarından müvafiq arayış.
İddaçılar müvafiq ərzaq məhsulları üzrə mənşə sertifikatı, baytarlıq şəhadətnaməsi və keyfiyyət vərəqəsi təqdim etməlidirlər.
Malgöndərən öz tender təklifini "Dövlət satınalmaları haqqında" Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq bank təminatı ilə birlikdə tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2011-ci il dekabr ayının 19-da saat 17-dək tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni cari il dekabr ayının 10-da saat 17-dək təqdim olunmalıdır.
İddiaçı tərəfindən hazırlanmış, imzalanmış və möhürlənmiş tender təklifi bank təminatı ilə ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfini iddiaçı imzalayıb möhürləyir və tender komissiyasına təqdim edir.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə malgöndərənlərə bu meyarlar nəzərə alınmaqla üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını tə'min etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etməkdə maraqlı olanlara bildirilir ki, 2012-ci il yanvar ayının 1-dən etibarən 1-ci növ buğda unundan bişirilmiş çörək və süd məhsulları təchizat idarəsinin təminatındakı təşkilatlara hər gün, digər ərzaq məhsulları isə həftədə bir dəfə DİN-in mərkəzi bazasına çatdırılmalıdır.
Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan Respublikasının Dövlət dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
Tender proseduru ‘'Dövlət Satınalmaları haqqında'' Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlaqələndirici şəxslər - Habil Ağayev və Məhərrəm İbrahimov.
Telefonlar : 590-98-91, 590-80-22
{nl}
DİN-in Təchizat İdarəsi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.