Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsi

İlkin dərc olunma tarixi: 15 sentyabr 2011-ci il
İkinci dərc olunma tarixi: 2 noyabr, 2011-ci il
Borc No: 2354 AZE- Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1: Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsi
Müqavilənin nömrəsi və adı: 4/2010/2354 AZE Masallı-Astara avtomobil yolu, Lənkəran körpüsünün layihələndirilməsi və tikintisi müqaviləsi
Təkliflərin təqdim edilməsinin son tarixi: 16 noyabr 2011-ci il, uzadılma tarixi : 30 noyabr 2011-ci il, saat 17:00

{nl}


1.Azərbaycan Hökuməti Masallı-Astara avtomobil yolu layihəsi, Lənkəran körpüsünün layihələndirilməsi və tikintisi müqaviləsinin icrası məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc alaraq həmin vəsaitin bir hissəsini bu layihə çərçivəsində aparılacaq ödənişlərə sərf etmək niyyətindədir. Tender AİB-nın məqbul hesab etdiyi ölkələrdən olan iddiaçılar üçün açıqdır.
2."Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ("Sifarişçi") Bakı-Ələt-Astara magistral yolunda yerləşən Lənkəran körpüsünün layihələndirilməsi, tikintisi və tamamlanması üçün ixtisas meyarlarına cavab verən iddiaçıları beynəlxalq rəqabətli tender (BRT) çərçivəsində tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Müqavilə üzrə aparılacaq işlərə körpü ilə birləşən İB dərəcəli magistral avtomobil yolunun layihələndirilməsi, tikintisi və tamamlanması, eləcə də Lənkəranın giriş hissəsinin təmiri, drenaj işləri (dairəvi və düzbucaqlı suötürücü borular daxil olmaqla) və yol avadanlıqları (işlər) daxildir.
3.İddiaçılar üçün nəzərdə tutulan ixtisas meyarlarına aşağıdakılar daxildir:
I. Son 5 il üzrə 30 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;
II. 6 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri qismində maliyyə resurslarına malik olmaq.
III. Nəzərdə tutulan işlərə oxşar olaraq son beş ildə hər birinin dəyəri minimum 22 milyon ABŞ dolları olan ən azı iki müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak.
IV. Son beş illik tikinti təcrübəsi:
a) il ərzində ən azı 2000 metr burğu üsulu ilə qazılmış və ya çalınmış svaylar;
b) il ərzində körpü konstruksiyalarında ən azı 1000 kubmetr monolit dəmir beton;
c) il ərzində 5000 kvadratmetr dəmir beton körpü konstruksiyası;
V. Son beş il üzrə müfəssəl layihənin hazırlanması üzrə təcrübə:
a) ən azı iki çoxaşırımlı beton körpü;
b) ən azı 10 km uzunluqda dörd və ya daha artıq zolaqlı iki magistral avtomobil yolu
5. Tender sənədlərinə dair əlavə məlumat əldə etmək məqsədilə iddiaçılar aşağıdakı ünvanla əlaqə saxlaya bilərlər:
Cənab Cavid Qurbanov - sədr
Əlaqə saxlanılan şəxs: cənab Adil Qocayev
Ünvan: Üzeyir Hacıbəyov küçəsi, 72/4
Telefon: 994 12 493 00 45
Faks: 994 12 493 46 65
Email: [email protected]
6. Maraqlanan iddiaçılar tender sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 150 AZN (yüz əlli) və ya bu məbləğə ekvivalent olan ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC-nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:
Azərbaycan Respublikası
Beynəlxalq Bankın Nəqliyyat filialı
SWIFT: IBAZAZ2X
Hesab nömrəsi : 33306019449345490205 AZN
33316018409345490205 USD
İD Kodu : 9900013141
6. Tender sənədləri 30 noyabr 2011-ci il saat 17:00-dək aşağıda göstərilən ünvana tender sənədində göstərilən məbləğdə tender zəmanəti ilə birgə təqdim olunmalıdır.
Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan yekun tarixdə açılmalıdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında