MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ)

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Layihə İcra Qrupu (LİQ)

Kommunikasiya, sosial yönümlü təminat və dəstək proqramlarının layihələndirilməsi və həyata keçirilməsi üzrə məsləhət xidmətləri (bura həmçinin Sosial Təsirin Qiymətləndirilməsi (STQ) və Yenidən Məskunlaşma üzrə Fəaliyyət Planı (YMFP) daxildir).
Kredit № : 7549-AZ
Layihə İD № : P110679
Bu maraq məktublarının qəbul edilməsinə dair elan 5 may 2010-cu ildə dgMarket və UNDB internet səhifələrində artıq dərc edilmişdir. Bu bildirişlə həmin elanın son müraciət tarixi 1 iyun 2010-cu ilədək uzadılır.
Maraq məktublarının qəbul edilməsi
İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi (BMTVİ) layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini kommunikasiya, sosial yönümlü təminat və dəstək proqramlarının layihələndirilməsi və həyata keçirilməsi üzrə məsləhət xidmətlərinin satınalınmasına yönəltmək niyyətindədir. Xidmətin müddəti 3 ildir.
Bu texniki tapşırığın əsas məqsədi bərk məişət tullantılarının idarəçiliyi fəaliyyəti ilə əlaqədar ictimai maarifləndirmənin genişləndirilməsi və Layihə İcra Qrupu (LİQ), "Təmiz Şəhər" ASC və layihənin təsir dairəsində olan əhali arasında səmərəli məsləhətləşmələrin keçirilməsini təmin etmək üçün kommunikasiya, sosial yönümlü təminat və dəstək proqramlarını layihələndirmək və həyata keçirməklə bərk məişət tullantılarının idarəçiliyi sisteminin inkişafı və Bakı şəhəri ərazisində bərk məişət tullantılarının ətraf mühitə olan sosial mənfi təsirlərinin azaldılmasını dəstəkləməkdir. Bundan başqa, məqsəd layihənin təsir dairəsinə düşən bütün tərəflərlə bağlı müsbət sosial nəticələrin əldə olunması üçün Abşeron yarımadasında bərk məişət tullantıları idarəçiliyinin inkişafı prosesi zamanı bütün planlaşdırma fəaliyyətinə tərəfdaşların cəlb edilməsidir.
Tapşırığa aşağıdakı 7 əsas vəzifə daxildir:
1.Kommunikasiya, sosial yönümlü təminat və dəstək proqramlarının (KSTDP) layihələndirilməsi;
2.KSTDP-nın həyata keçirilməsi və əməl olunması üzrə təlimlərin təşkili və potensial quruculuğu;
3.KSTDP-nın həyata keçirilməsi;
4.Sosial təsirin qiymətləndirilməsi (STQ);
5.Dünya bankının məcburi yenidən məskunlaşdırma üzrə əməliyyat siyasəti və beynəlxalq maliyyə korporasiyasının (BMK) yenidən məskunlaşma üzrə fəaliyyət planının hazırlanmasına dair təlimat kitabçasına əsasən yenidən məskunlaşma üzrə Fəaliyyət Planının (YMFP) hazırlanması;
6.YMFP-nın monitorinq prosedurlarının inkişaf etdirilməsi;
7.Texniki tapşırığın başlanmasından 1 il sonra YMFP-nin monitorinqi üzrə hesabatın hazırlanması və ictimaiyyətə açıqlanması.
Bütün mütəxəssislər müvafiq ali təhsilə malik olmalıdırlar. Regionda və ya ən azı oxşar regionlar üzrə təcrübəsi olan təşkilatlara/şəxslərə üstünlük veriləcəkdir. Bütün beynəlxalq mütəxəssislər ən azı 10-15 illik, yerli mütəxəssislər isə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdırlar. Aşağıdakı sahələr üzrə mütəxəssislər tələb olunur:
Qrup Rəhbəri - kommunikasiya üzrə baş mütəxəssis
Hüquqi işlər üzrə ekspert , torpaq alınması üzrə mütəxəssis İqtisadçı
Həyat səviyyəsinin yaxşılaşdırılması (gəlirlərin bərpası) üzrə mütəxəssis
Peşə sağlamlığı və təhlükəsizliyinə dair təlimlər üzrə Baş mütəxəssis
Layihə İcra Qrupu (LİQ) məsləhətçi şirkətləri qeyd olunan xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Xidmətlərin həyata keçirilməsində maraqlı olan məsləhətçi şirkətlər müvafiq təcrübə və ixtisaslarını göstərən məlumatları (broşür, bənzər xidmətlərin təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumatlar və s.) təmin etməlidirlər. Məsləhətçi şirkətlər təyinatı üzrə işlərin yerinə yetirilməsi üçün konsorsium yarada bilərlər.
Məsləhətçi şirkətlərin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən "Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatları"nın cari variantına - (2004-cü il may ayı, 2006-cı ilin oktyabrında yenidən qəbul olunmuşdur) müvafiq olaraq keyfiyyət və qiymət əsasında seçim (KQƏS) metodu ilə aparılacaqdır.
Məsləhətçi şirkətlər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər.
(Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri saat 9:00-dan 18:00-a kimi) .
Maraq məktubları elektron və ya çap olunmuş şəkildə təqdim edilə bilər.
Maraq məktubları 1 iyun 2010-cu il tarixədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Artıq müraciət etmiş məsləhətçi şirkətlər yenidən maraq məktubları ilə müraciət etmək məcburiyyətində deyildirlər.
Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi (BMTVİ) Layihəsi
Satınalma üzrə mütəxəssis Hüseyn İsmayılov
Xocalı prospekti 55, AĞA İş Mərkəzi, AZ1025, Bakı, Azərbaycan
Tel: (+99412) 4644156
Fax: (+99412) 4644157
E-mail: [email protected];
[email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında