Şriftin ölçüsü:
19.05.2010 00:08 | Oxunma sayı: 311
Azərbaycan Respublikası
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Kredit №. 7549-AZ
Balaxanı poliqonu üçün zəruri avadanlıqların satınalınması
G-1A
1.Təkliflər üçün dəvətnamə bu layihə ilə əlaqədar 11 iyul 2009-cu il tarixdə DgMarket internet səhifəsində dərc olunan Ümumi Satınalma Bildirişindən irəli gəlir.
2.Azərbaycan Hökuməti Beynəlxalq İnkişaf və Yenidənqurma Bankından (BİYB) Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini Balaxanı Poliqonu üçün zəruri avadanlıqların satınalınması müqaviləsindən irəli gələn ödənişlərə tətbiq etmək niyyətindədir.
3.İqtisadi İnkişaf Nazirliyi nəzdində Layihə İcra Qrupu (LİQ) münasib və ixtisaslı iddiaçıları poliqon kompaktoru, hidravlik ekskavator, özüboşaldan yük maşını və maşın tərəzilər üçün möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.
Avadanlığın adı Sayı
Poliqon kompaktoru 2 ədəd
Hidravlik ekskavator 1 ədəd
Özüboşaldan yük maşını 2 ədəd
Maşın tərəzilər 2 ədəd
4.Tender Dünya Bankının Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası kreditlərinin satınalınması üzrə Təlimatlarında göstərilən Beynəlxalq Rəqabətli Tender Müsabiqəsi (BRTM) prosedurlarına əsasən keçiriləcəkdir və təlimatlara müvafiq olaraq müvafiq mənbə ölkələrindən olan bütün iddiaçılar üçün açıqdır.
5.Maraqlanan münasib iddiaçılar əlavə məlumatı Layihə İcra Qrupunun Satınalma üzrə Mütəxəssisi Hüseynqulu İsmayılovdan ([email protected]) əldə edə bilər və tender sənədlərini isə aşağıda göstərilən ünvandan saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər.
6.Bu təyinat üzrə ən azı 3 illik təcrübə tələb olunur. İddiaçı oxşar xarakteristikaya və həcmə malik avadanlıqlar üzrə əsas təchizatçı kimi ən azı 3 illik təcrübəyə malik olmalıdır. Qiymətlər tender təklifində qeyd olunmuş valyuta ilə göstərilməlidir. Nəzərdə tutulan tamamlanma müddəti daxil olmaqla işin gedişatının və ya icrasının təfərrüatları siyahısı da qeyd olunmalıdır. Haqqında danışılan əmtəələri istehsal edən yerli şirkətlərə üstünlüklər tətbiq olunmayacaqdır. Əlavə məlumatlar tender sənədlərində göstərilmişdir.
7.Maraqlanan iddiaçılar tender sənədlərinin İngilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə məktub təqdim etməklə və əvəzi ödənilməyən 120 AZN və ya 150 ABŞ dolları dəyərindəki məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadi İnkişaf Nazirliyinin nəzdində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsinin həyata keçirilməsi üzrə Layihə İcra Qrupunun aşağıda göstərilən hesabına köçürmə yolu ilə həyata keçirilə bilər. Tender Sənədləri kuryer vasitəsilə göndəriləcəkdir.
8.Təkliflər 25 iyun 2010-cu il saat 11.00-dan gec olmayaraq aşağıdakı ünvanlara göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Təkliflər aşağıda göstərilən ünvanda 25 iyun 2010-cu il, saat 11.00-da açılış mərasimində iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün təkliflər 60.000 ABŞ dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə təklif təminatı ilə birlikdə təqdim edilməlidir.
{nl}
ABŞ DOLLARI HESABI{nl}
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
{nl}
VÖEN 1700012751
{nl}
Hesablaşma hesabı:
{nl}
33318018401100442120USD
{nl}
Azərbaycan Beynəlxalq Bankının Bakı Filialı
{nl}
Bank kodu: 805250
{nl}
Müxbir hesab:
{nl}
0137010002944
{nl}
SWIFT: IBAZAZ2X
{nl}
AZN HESABI
{nl}
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
{nl}
VÖEN 1700012751
{nl}
Hesablaşma hesabı:
{nl}
33308019441100442120AZN
{nl}
Azərbaycan Beynəlxalq Bankının
{nl}
Bakı Filialı
{nl}
Bank kodu: 805250
{nl}
Müxbir hesab:
{nl}
0137010002944
{nl}
SWIFT: IBAZAZ2X
{nl}
9.Yuxarıda nəzərdə tutulan ünvan:
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Layihə İcra Qrupu
Hüseynqulu İsmayılov, Satınalma üzrə Mütəxəssis
AZ1025, Bakı, Azərbaycan Respublikası
Xocalı prospekti, 55, AGA Biznes Mərkəzi
Faks: (99412) 464 4157, Telefon: (99412) 464 4156
E-mail: [email protected]
{nl}{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.