Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumatı

Qeyri-hökumət təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikası Maliyyə Nazirliyi bildirir ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir.
Həmin qanunun və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 146 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası" təsdiq edilmişdir.
Adı çəkilən Qaydaya əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Qanunvericiliyə uyğun olaraq qeyri-hökumət təşkilatları tərəfindən müvafiq maliyyə hesabatlarının tərtib edilməsi işinin həyata keçirilməsinə əməli kömək göstərmək üçün maliyyə hesabatlarının tərtib edilməsi üzrə mütəxəssislərin (kadrların) hazırlanması məqsədilə həmin təşkilatların nümayəndələrindən ibarət qrup təşkil edilmişdir.
Qeyd olunan qrup üzvləri hesabat tərtib etməli olan qeyri-hökumət təşkilatlarına maliyyə hesabatlarının hazırlanması işinin həyata keçirilməsində fəal kömək edəcəklər.
Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş lqeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası" nazirliyin rəsmi internet saytında (www.maliyye.gov.az yerləşdirilmişdir.
Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması Maliyyə Nazirliyi tərəfindən çap edilmiş və qeyri-hökumət təşkilatlarına çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmişdir.
Qeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş maliyyə hesabatları elektron formada maliyyə nazirliyinə təqdim edildikdə, bu hesabatlar Word, Exel, Adobe acrobat (PDF) formalarında [email protected] email ünvanına göndərilə bilər.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr 214, 253, 519, 163

{nl}

Maliyyə Nazirliyi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında