Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının və qayıdış şəhadətnaməsi blanklarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə 
TENDER ELAN EDİR
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri AZ 1022, S.Vurğun küçəsi, 83
1.Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə
Lot-1 500 000 ədəd viza blankının, Lot-2 40 000 ədəd qayıdış şəhadətnaməsi blankının çapı təklif olunur.
2. Tender proseduru 2011-ci il noyabr ayının 11-də saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (I mərtəbə, otaq № 101) keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2011-ci il noyabr ayının 10-u saat 11.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin "Aksiz markaları və müdafiəli sənədlərin dövriyyəsi" sektoruna təqdim olunmalıdır.
4.1. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, viza blanklarının çapı (və ya buna oxşar) sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər;
4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;
4.3. Viza və qayıdış şəhadətnaməsi blankları qoruyucu elementlərə malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır;
4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
5.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
5.2. Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş bütün növ qiymətli kağızların, blankların hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya);
5.3. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
5.4. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7. İddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və aşağıda göstərilən məbləğdə iştirak haqqı ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Lot-1 1000 (bir min) manat
Lot-2 500 (beş yüz) manat
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığının 1 saylı Xəzinə İdarəsi
Hesablaşma hesabı: 33205019449328518204,
VÖEN 1 700 986 181
Bank: Azərbaycan Respublikasının Beynəlxalq Bankı
Kod: 805722,
Müxbir hesab: 0137010002944
VÖEN 9 900 001 881,
S.W.İ.F.T. Bik: İB AZ. AZ 2X
8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri A. İsayevdir. Əlavə məlumat almaq üçün 2011-ci il 26 sentyabr tarixdən 2011-ci il 10 noyabr tarixədək, saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək).
9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmişdir.
10. Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022,
S.Vurğun küçəsi, 83, II mərtəbə, 205-ci otaq
Telefon: (99412) 404-46-94 Faks: (99412) 493-29-43

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında