Azərbaycan Respublikası Mərkəzi Bankı

Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortalanması üçün
TENDER ELANI
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender keçirir.
Tender proseduru 17 oktyabr 2011-ci il saat 16.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 30 noyabr 2011-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank təminatı formasında);
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti;
- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının 2010-cu il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;
- iddiaçı tərəfindən tibbi sığorta fəaliyyəti sahəsində korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatlar (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada).
- ən azı iki korporativ müştəri tərəfindən tövsiyə məktubu.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 oktyabr 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 6 oktyabr 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İştirak haqqı 100 (yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:
Hesab № 0148010001944 kod 501004 VÖEN 9900071001 Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2011-cu il tarixdən.
Xidmətin göstərilməsi müddəti: 12 ay.
6. Qiymətləndirmə meyarları: maliyyə amili, xidmətlər paketi üzrə sığorta şərtləri.
7. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxs: (Əfqan Baxışov ([email protected]
Tel: 4931122 (daxili 482)).

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında