Şriftin ölçüsü:
15.09.2011 11:28 | Oxunma sayı: 460
Azərbaycan Respublikası Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi Sektor: Ümumi maliyyə
İnformasiya Sisteminin qısa təsviri: Azərbaycan Respublikasının Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Kredit №. 4405 AZ Qrant №. TF057849 IFB-ICB - C2.3.2 /2011
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsinin icrası məqsədilə Dünya Bankından maliyyə vəsaiti qəbul etmişdir və bu vəsaitlərdən aşağıda adı çəkilən müqavilə üzrə satın alınacaq məsləhətçi xidmətlərinin ödənilməsini nəzərdə tutur: Azərbaycan Respublikasının Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Formalarının (FARABİ-Faza 1) təchizi və quraşdırılması. Layihə Yaponiya Hökuməti (PHRD Qrantı), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO Qrantı) və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdiriləcək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Layihənin İdarəetmə Qrupu Azərbaycan Respublikasının Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibat Uçotu Hesabatları Formalarının (FARABİ-Faza 1) təchizi və quraşdırılması üçün iddiaçılar tərəfindən möhürlənmiş təklifləri təqdim etməyə dəvət edir.
Təchizatçılar üçün əsas tələblər:
Mühasibat uçotu proqram təminatı və ya onun təchizatı və quraşdırılması üzrə ən azı 8 il iş təcrübəsi;
Azərbaycanda yerli ofisi olmalı və ya müqavilənin qüvəyyə mindiyi tarixdən iki ay ərzində bir ofis yaratmalı;
Proqram istehsalçıları ilə tərəfdaşlıq müqaviləsi olmalı;
Layihənin yerinə yetirilməsi və məhsulun çatdırılması üçün iddiaçıların öz resursları və texniki təcrübəsi olmalıdır;
İddiaçı ya proqram təminatı məhsullarının satıcısı olmalı (proqram məhsullarının satıcısı öz məhsulunu təkmilləşdirən, sazlayan, təchiz edən və məsləhətçi xidmətləri göstərən kimi müəyyən edilir ) və ya proqram təminatı məhsullarının (və ya İnformasiya sisteminin hər hansı bir komponentləri) satıcısı tərəfindən sistemin həyata keçirilməsi üçün səlahiyyət verilmiş hər hansı bir təşkilat olmalıdır. Hər iki halda İddiaçı təklif olunmuş məhsulu sazlamaq, quraşdırmaq, yerliləşdirmək, həyata keçirmək və təmin etmək üzrə təcrübəyə malik olmalı və bu təcrübəni son 5(beş) il ərzində həyata keçirdiyi ən azı 2 (iki) oxşar layihə ilə əsaslandırmalıdır;
Ümumilikdə son 3 (üç) il ərzində orta illik dövriyyəsi 5 (beş) mln ABŞ dollarından (və ya digər valyutalarda ekvivalenti) az olmamalı.
Çatdırılma/Quraşdırılma müddəti 6 ay
Tender Dünya Bankının "İBRD Qrant və İDA Krediti" Təlimatlarında (təkmilləşdirilmişdir - may 2004, oktyabr 2006 və may 2010) qeyd edilən Beynəlxalq Müsabiqəli Tender qaydalarına əsasən keçiriləcək və təlimatlarda göstərildiyi kimi bütün müvafiq iddiaçılara açıqdır.
Maraqlı olan iddiaçılar daha ətraflı məlumat və tender sənədlərini nəzərdən keçirmək üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən aşağıdakı ünvan, səhər saat 10.00-dan 17.00-yə qədər yaxınlaşa bilərlər. İngilis dilində tam formada olan tender sənədini maraqlı olan iddiaçılar aşağıdakı ünvana ərizə yazmaqla və geri qaytarılmayan 200 AZN və ya 255 ABŞ dolları məbləğində pul köçürməklə əldə edə bilərlər. Ödəniş aşağıdakı bank hesabına köçürmə ilə həyata keçiriləcək.
Benefisiarın adı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi
Layihənin İdarəetmə Qrupu
Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Beynəlxalq Bankı Bakı Filialı
Kod: 805045
VÖEN: 1400108191
M/h: 0137010002944
S.W.I.F.T: IBAZAZ2X
H/h: 33308039449330224120
Benefisiarın Kodu: 9900001881
Ödənişin məqsədi: IFB-ICB- / C 2.3.2/2011 bid üçün ödəniş
Tender sənədləri kuryer xidmətləri və ya E-mail ilə göndəriləcək. Tender təkliflərinin dəyəri 70 000 ABŞ dolları və ya sərbəst konvertasiya oluna bilən valyutadan az olmamaqla sığortalanmalıdır və 30 Oktyabr 2011-ci il saat 15.00-a qədər aşağıdakı ünvana təqdim edilməlidir. Təqdim olunmuş təkliflər İddaçıların iştirakı ilə aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən tarixdən sonra təqdim olunmuş təkliflər geri qaytarılacaqdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Cənab Fuad Nəsirov
Layihənin İdarəetmə Qrupunun direktoru
Ünvan: Səməd Vurğun küçəsi, 83, AZ 1022, Bakı, Azərbaycan
Tel: (994 12) 404 47 27; 404 47 16
E-mail: [email protected]
[email protected]
Web site: www.maliyye.gov.az
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.