Şriftin ölçüsü:
23.08.2011 11:02 | Oxunma sayı: 375
Maliyyə Nazirliyi aparatının Bakı şəhəri S.Vurğun küçəsi, 83 nömrəli ünvanda yerləşən inzibati bina korpuslarında aparılan yenidənqurma və genişləndirmə işlərinin ikinci mərhələsinin başlanması ilə əlaqədar
T E N D E R E L A N E D İR
Tenderi keçirən: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri, Az 1022, S. Vurğun küçəsi, 83.
1.Keçiriləcək tenderdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi aparatının Bakı şəhəri, S.Vurğun küçəsi, 83 nömrəli ünvanında yerləşən inzibati bina korpuslarında yenidənqurma və genişləndirmə işləri obyektinin ikinci mərhələsinin aparılması təklif olunur:
2.Tender proseduru 2011- ci il sentyabr ayının 22 -də saat 10.00-dan Azərbaycan Respublikası Maliyyə Nazirliyi aparatının rəhbərinin otağında ( V mərtəbə, 513 №li otaq) keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə-inzibati şöbəsinə təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri həyata keçirilməsi üçün xüsusi razılıq lisenziyasının surəti;
3.3. Tender predmeti üzrə işlərin yerinə yetirilməsi üçün tələb olunan maşın-mexanizmlərin iddiaçı təşkilatın öz balansında olması barədə təsdiqedici sənədlər;
3.4. Tikinti sahəsində ən azı 5 il təcrübəsi olması barədə rəsmi sənədlər (müqavilələr, arayışlar və s.);
3.5. Bu elanın 3.2-3.4-cü bəndlərində göstərilən sənədlərin hər hansı birini təqdim edə bilməyən təşkilatlar tenderdə iştirak edə bilməzlər;
4. Azərbaycan Respublikası Maliyyə Nazirliyi aparatının Bakı şəhəri, S.Vurğun küçəsi, 83 nömrəli ünvanda yerləşən inzibati bina korpuslarında aparılan yenidənqurma və genişləndirmə işlərinin ikinci mərhələsinin başlanması məqsədilə keçirilən tenderdə iştirak etmək istəyən iddiaçılar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə bu elanın 3-cü bəndində göstərilən sənədləri təqdim etdikdən və tenderdə iştirak üçün 15000 manat ödədikdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.
5. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir və həmin təkliflərə aşağıdakı sənədləri daxil etməlidir:
5.1. Adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə barədə məlumatı;
5.2. Texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumatı;
5.3. Nizamnaməsinin surətini;
5.4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərin yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayışı;
5.5. Son beş il ərzində dövriyyəsi barədə bank tərəfindən verilmiş arayışı;
5.6. İddiaçı verəcəyi təklifin dəyərinin 5 faizi həcmində bank təminatını;
5.7. İştirak haqqının ödənilməsi barədə bank sənədini (ödəniş qəbzi);
5.8. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini və cədvəlini, hər iş vahidinə uyğun qiymətini və ümumi dəyərini, hesablaşma formasını, tikinti prosesində istifadə ediləcək inşaat materiallarının və məmulatlarının istehsal yerini və çeşidini göstərən məlumatı, işin icra yerini göstərən məlumatı.
6. Tender təklifləri 2011-ci il sentyabr ayının 21-də saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə-inzibati şöbəsinə təqdim olunmalıdır.
7. Təkliflərin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin sosial təyinatlı layihələrin maliyyəsi şöbəsi müdirinin müavini - Etibar Kərimov. Əlavə məlumat almaq üçün 2011-ci il 9 avqust tarixdən 2011-ci il 20 sentyabr tarixədək, saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13.00-dan 14.00-dək).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022, S.Vurğun küçəsi, 83, IV mərtəbə, 415-ci otaq.
Telefon: (99412) 404-47-17
Faks: (99412) 404-47-20 ; 404-47-21
8.Tenderin şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
9. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
10. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi
Hesablaşma hesabı: 33205019449328518204
VÖEN 1700341881
Bank: Azərbaycan Respublikası
Beynəlxalq Bankı
Kod: 805722
Müxbir hesab: 0137010002944
VÖEN 9 900 001 881
S. W. İ.F.T. Bik: İB AZ. Az 2 X
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.