Şriftin ölçüsü:
06.08.2011 10:51 | Oxunma sayı: 365
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin inzibati binasında havalandırma sisteminin təkmilləşdirilməsinin satınalınması üçün
T E N D E R E L A N I
1.Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yerləşdiyi inzibati binada havalandırma sisteminin təkmilləşdirilməsi məqsədilə yeni kondisionerlərin satın alınması üçün açıq tender keçirir.
2.Tender proseduru 22 sentyabr 2011-ci il saat 15:00-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 19) keçiriləcəkdir.
3.İddiaçının havalandırma sisteminin quraşdırılması sahəsində iş təcrübəsi olmalıdır. Belə təcrübəsi olmayan iştirakçılar tenderdə iştirak edə bilməzlər.
4.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi;
tender təklifinin qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
-təklif tender zərflərinin açıldığı gündən sonra 30 bank günü qüvvədə olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
5.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 21 sentyabr 2011-ci il saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 14 sentyabr 2011-ci il saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
6.Kondisionerlərin quraşdırılma yeri: Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yerləşdiyi inzibati bina.
7.Kondisionerlərin quraşdırılmasının başlanma vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən.
8.Kondisionerlərin quraşdırılması müddəti: 2 (iki) ay.
9.Qiymətləndirilmə və üstünlük verilən meyarlar:
_ sərfəli qiymət
-yüksək keyfiyyət
-bu sahədə iş təcrübəsi
-icra müddəti
-servis və təminat
10.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aşağıdakı hesabına 350 (üç yüz əlli) manat məbləğində vəsait köçürməlidir:
B1. Benefisiar (alan) bank
Adı Azərbaycan Beynəlxalq Bankı
Kod - 805722
müxbir hesab - 0137010002944,
VÖEN - 9900001881
SWİFT - İBAZAZ 2 X
B2.Alan müştəri
Adı MN DXA-nin 1 saylı Xəzinədarlıq İdarəsi
Hesab N-si - 33205019449328518204
VÖEN - 1700986181
11.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Bülbül prospekti, 19 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində) əldə edə bilər.
12.Tender üzrə əlaqələndirici şəxs: Elçin Behbudov (İnformasiya texnologiyaları və təminat şöbəsinin müdiri)
Telefon: (+99412) 493 50 58 (550)
Fax: (+99412) 493 03 23
{nl}
Tender komissiyası
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.