Bərdə Rayon İcra Hakimiyyəti

Bərdə Rayon İcra Hakimiyyəti Bərdə rayonunun Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisi işlərinin yerinə yetirilməsi məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təkliflərini möhürlənmiş və imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
İşləri yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki imkanlara, müvafiq iş təcrübəsinə və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Bərdə Rayon İcra Hakimiyyətindən ala bilərlər.
Ünvan: Bərdə şəhəri, Nizami küçəsi 88, Bərdə Rayon İcra Hakimiyyəti
Əlaqələndirici şəxs: Əsayev Əsgər Müzəffər oğlu. Telefon: (0110)5 - 01 - 21
Bərdə rayon Yerli Xəzinədarlıq Orqanı
Hesab : 32051019443760201137
VÖEN - 4000183681
Bank: "Kapital Bank"ın Bərdə filialı
VÖEN: 9900003611
Kod:200372
Müxbir hesab:3728010000
S.W.İ.F.T.BİK AİİBAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət;
tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
tender təklifi qiymətinin 2 %-i həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2011-ci il avqustun 24-ü saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, imzalanmış ikiqat zərfdə 2011-ci il sentyabrın 1-i saat 17.00-a qədər Bərdə Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 2011-ci il sentyabrın 2-də saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında