Azərbaycan Respublikasının Mərkəzi Bankında "Cash Menecment Sistemi"nin yaradılması üçün əsas iddiaçının müəyyən edilməsi ilə bağlı

Azərbaycan Respublikasının Mərkəzi Bankında "Cash Menecment Sistemi"nin yaradılması üçün əsas iddiaçının müəyyən edilməsi ilə bağlı
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq özünün əsas inzibati binasında, 2 №-li Xəzinə saxlancında, 5 Regional Mərkəzində və yeni yaradılacaq "Cash Center"də "Cash Menecment Sistemin" (CMS) tətbiq edilməsi üçün açıq tender elan edir.
2.AMB üçün yaradılacaq CMS sistemi özündə aşağıdakı modulları və interfeysləri əks etdirməlidir:
-real vaxt rejimində xəzinələrdə əməliyyatlar və qalıqlar;
-real vaxt rejimində kassa əməliyyatları;
-real vaxt rejimində nağd pulun emal əməliyyatları və onun nəticələrinin avtomatlaşdırılmış qaydada balans düzəlişləri;
-kommersiya bankları və Regional Mərkəzlərlə real vaxt rejimində nağd pul sifarişlərinin və elanların ötürülməsi və qəbulu əməliyyatları;
-real vaxt rejimində Regional Mərkəzlərlə əməliyyatlar və qalıqlar;
-nağd pulun İdarəedməsi və Planlaşdırılması üzrə Statistik və Analitik Hesabatlıq;
-real vaxt rejimində AMB-nin mövcud yarım-avtomatlaşdırılmış xəzinələrinə inteqrasiya;
-real vaxt rejimində Baş Mühasibatlıq Sisteminə interfeys;
-avtomatlaşdırılmış əskinasçeşidləyici sistemlərə interfeys;
-pul nişanlarının məhv edilməsi sistemlərinə interfeys;
-real vaxt rejimində yeni yaradılacaq Cash Centerdə tam avtomatlaşdırılmış avadanlıqlara nəzarət sisteminə interfeys;
-real vaxt rejimində Klirinq sisteminə interfeys;
-milli ekspertiza mərkəzinin Ekspertiza Sisteminə interfeys;
-AMB-nin "Date Warehouse" informasiya şəbəkəsinə interfeys;
-pul nişanlarının hərəkətinin izlənməsini təmin etmək üçün inteqrasiya olunmuş Barcode və RFİD sistemləri.
3. Nağd pulun saxlanması, emalı, mədaxil-məxarici, daşınması, kommersiya bankları və Regional Mərkəzlərlə elan və sifarişlərin qəbulu əməliyyatlarını, hesabatlıq və nəzarət sistemlərini əhatə edən, Baş Mühasibatlıq, Hesablaşma-Klirinq sistemlərinə inteqrasiya edilmiş, minimum 1(bir) il işlək vəziyyətdə olan CMS sistemini yaratmış və hər hansı bir mərkəzi bankda həmin sistemi müvəffəqiyyətlə tətbiq etmiş, bu sahədə ən azı 3 il iş təcrübəsinə malik iddiaçılar tenderin ilkin ixtisas uyğunluğu mərhələsində iştirak edə bilərlər.
Yeni yaradılacaq CMS AMB-nin gələcəkdə yaradılacaq tam avtomatlaşdırılmış "Cash Center"-in xəzinə, emal, kassa, məhvetmə və nəzarət sistemlərinə inteqrasiya olunmalıdır.
Subpodratçıların xidmətindən istifadə edəcək əsas iddiaçılar hər bir subpodratçının ona həvalə ediləcək işlər üzrə ixtisaslaşmış olmasını sübut edən sənədlər təqdim etməlidir.
4.Tender proseduru 05.12.2011-ci il saat 15.00-da AMB-nin inzibati binasında (Azərbaycan Respublikası, Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
5.Tenderin ixtisas uyğunluğu mərhələsində iştirak etmək istəyən iddiaçılar aşağıdakı ixitsas uyğunluğu sənədlərini təqdim etməlidirlər:
-ixtisas uyğunluğu mərhələsində iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan məsul əməkdaşın səlahiyyətlərini təsdiq edən sənəd;
-kənar auditor tərəfindən təsdiq olunmuş son ilə maliyyə hesabatı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən fəaliyyət göstərdiyi dövlətə məcburi ödənişin (vergi və digər icbari) olmadığını sübut edən sənəd);
-iddiaçının yaratdığı CMS sisteminin quraşdırıldığı ən azı bir mərkəzi bankın adı, ünvanı, telefon nömrələri, əlaqələndirici şəxsin adı və elektron poçt ünvanı;
-təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssislərin mövcudluğunu təsdiq edən sənədlər;
-iddiaçının ixtisas uyğunluğuna dair "Ərizə forması"nda göstərilən digər məlumatlar.
Qeyd: Xarici iddiaçılar tələb olunan sənədlərin surətlərini qanunvericiliyə uyğun leqallaşdırmaqla və ya "Apostille" təsdiqi tələblərinə uyğun təqdim etməlidirlər.
6. İddiaçılar ixtisas uyğunluğuna dair "Ərizə forması"nı 26.07.2011-ci il saat 10:00-dan 16.08.2011-ci il saat 17:00-a qədər AMB-nin inzibati binasından və ya elektron poçt ilə [email protected] ünvanında qeydiyyatdan keçməklə elektron variantda əldə edə bilərlər. Bu tarix/saatdan sonra heç bir sənəd təqdim edilməyəcək. Sənədlər elektron qaydada təqdim edildikdən sonra çap nüsxəsi iddiaçılara göndəriləcəkdir. Sənədlərin elektron nüsxəsi ilə çap nüsxəsi arasında uyğunsuzluq olarsa, çap nüsxələrinə üstünlük veriləcəkdir.
7.İxtisas uyğunluğuna dair tamamlanmış "Ərizə forması" və 4-cü bənddə göstərilən sənədlərlə birgə 16.09.2011-ci il, saat 18:00-a kimi möhürlənmiş zərfdə (şəxsən və ya qeydiyyatdan keçmiş poçt vasitəsilə) AMB-nin yuxarıda göstərilən ünvanına çatdırılmalıdır:
8.İxtisas uyğunluğu sənədlərinin açılışı 19.09.2011-ci il saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcəkdir.
9.İxtisas uyğunluğu mərhələsini uğurla keçən iddiaçılar 10.10.2011-ci il tarixdən 21.10.2011-ci il tarixiə qədər tenderdə iştirak haqqı kimi AMB-nin aşağıda göstərilən hesabına 1000 (min) manat məbləğində vəsaitin köçürülməsinə dair bank arayışının surətini təqdim etməklə tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı,
Hesab № 0170690001944,
Kod: 501004,
M/h: 0148010001944,
VÖEN: 9900071001,
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında və ya Avroda aşağıda göstərilmiş hesablara ödəyə bilərlər:
-Central Bank of Azerbaijan: Federal Reserve Bank of New York, $-FRNYUS33: BIC NABZAZ2X: acc. № 0170690001944
-Central Bank of Azerbaijan: Deutsche Bundesbank, Frankfurt am Main, İ-MARKDEFF: BIC NABZAZ2X: acc. № 0170690001944
10.İddiaçılar tender təklifini və tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatının əsli və surətini 02.12.2011-ci il saat 18.00-a qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, aşağıda göstərilən sənədləri isə ən geci 24.11.2011-ci il saat 18.00-a qədər yuxarıda qeyd edilən ünvanda əlaqələndirici şəxsə təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi ilə bağlı bank arayışının əsli;
-son bir ildə maliyyə göstəriciləri ilə bağlı bank arayışı. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
Tender təklifi 19.01.2012-ci il, tender təklifinin bank təminatı isə 02.03.2012-ci il tarixədək qüvvədə olmalıdır.
11.Satınalma müqaviləsi imzalandığı gündən etibarən CMS sistemi 18 (on səkkiz) ay müddətində AMB-nin mövcud inzibati binasında, növbəti 6 ay müddətində 2№-li xəzinə saxlancında və Regional Mərkəzlərdə, son olaraq isə yeni yaradılacaq "Cash Center"də quraşdırılıb təhvil verilməlidir.
12.İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə amili, sistemin funksionallığı, avadanlıqların texniki spesifikasiyası, təminat və dəstək şərtləri.
13.İddiaçı AMB-də tətbiq ediləcək CMS-i təhvil verilən gündən etibarən 2 (iki) il müddətinə öz resursları hesabına texniki dəstək göstərməli və təminat verməlidir.
14.Tenderlə bağlı bütün sənədlər Azərbaycan və ingilis dillərində təqdim edilməlidir. Sənədlərin Azərbaycan və ingilis dillərində uyğunsuzluq yaranarsa Azərbaycan dilində olan sənədlərə üstünlük veriləcəkdir.
15.Tenderlə bağlı ətraflı məlumat üçün əlaqələndirici şəxsə (Rafiq Kərimli, +994(12) 493-11-22 (daxili 340) nömrəli telefon və ya [email protected] elektron poçt ünvanı vasitəsilə) müraciət edə bilərsiniz.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında