AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (ARDNŞ)

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (ARDNŞ)
Sumqayıt şəhərində azot gübrəsi-karbamid zavodunun "açar təhvili" şərtilə tikintisi işlərinin satınalınması məqsədilə baş podratçının seçilməsi üçün
AÇIQ TENDER ELAN EDİR
I. Sumqayıt şəhərində ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin ərazisində gündəlik gücü 2000 (iki min) ton olan təbii qaz əsaslı azot gübrəsi-karbamid zavodunun "açar təhvili" şərtilə tikintisi işləri. Karbamid zavodu aşağıdakı hissələrdən ibarət olacaq:
1. Ammonyak istehsalatı;
2. Karbamid istehsalatı;
3. Karbamidin qranulyasiya bölməsi.
II. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxşlər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tenderdə son 10 ildə müvafiq iş təcrübəsinə malik, yəni ammonyak və karbamid zavodlarının layihələndirilməsi, təchizat və tikintisini "açar təhvili" şərtilə və ya layihələndirmə, təchizat və tikintiyə nəzarəti həyata keçirmiş, texniki və maliyyə imkanları, işçi qüvvəsi olan iddiaçılar iştirak edə bilərlər.
III. Tender dövlət vəsaiti hesabına və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları təkliflərin təqdim edilməsi və qiymətləndirmə meyarları əsas şərtlər toplusunda öz əksini tapır.
IV. Tenderdə İddiaçı statusu almaq istəyənlər əsas şərtlər toplusunu əldə etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər (elektron poçt vasitəsilə və ya zərfdə):
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının dövlət qeydiyyatı haqqında müvafiq sənədin notarial qaydada və apostil ilə təsdiq olunmuş surəti;
- nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada və apostil ilə təsdiq edilmiş surəti;
- vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə);
- ammonyak/karbamid zavodlarının tikintisi üzrə son 10 ildəki beynəlxalq iş təcrübəsi barədə məlumat. Konkret olaraq ammonyak və karbamid zavodlarının layihələndirilməsi, təchizat və tikintisini "açar təhvili" şərtilə və ya layihələndirmə, təchizat və tikintiyə nəzarəti həyata keçirdiyi layihələr barədə məlumat (sifarişçi, texnologiya lisenziarları, layihənin iş həcmi və icra olunduğu yer, icra cədvəli, subpodratçılar və s. barədə);
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə məlumat;
- son 5 ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- son 5 ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanı və ya aidiyyatı digər fiskal orqan tərəfindən təsdiq olunmuş balansı;
- işin icrası ilə bağlı subpodratçı qismində başqa mənbələrdən istifadə olunub-olunmayacağı barədə məlumat;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqda məlumat;
-hazırda məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması və icra olunmamış məhkəmə qərarının olub-olmaması barədə məlumat.
V. Tələb olunan bütün sənədlər təqdim edildikdən sonra 10 iş günü ərzində əsas şərtlər toplusu əldə edilə bilər.
VI. İddiaçılar tender təklifi ilə birlikdə, tender təklifinin ehtimal olunan dəyərinin 3%-dən az olmayan məbləğdə etibarlı və nüfuzlu bank tərəfindən verilmiş tender təklifinin bank təminatını (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 60 bank günü artıq olmalıdır) təqdim etməlidirlər.
VII. ARDNŞ satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər. ARDNŞ hər hansı bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdırır.
VIII. İddiaçı öz təklifinin hazırlanması və təqdim edilməsi ilə əlaqədar bütün məsrəfləri, həmçinin tender təklifi və ya təkliflə əlaqədar hər hansı digər xərcləri özü çəkəcək.
IX. Tenderin əsas şərtlər toplusunu əldə etmək üçün 30.000 (otuz min) Avro məbləğində iştirak haqqı ARDNŞ-in aşağıda göstərilən bank hesabına 15 sentyabr 2011-ci il tarixə kimi köçürmə yolu ilə ödənilməlidir:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Bakı şəhəri, Az 1000, Neftçilər prospekti 73
VÖEN: 9900003871
Müxbir Bank: Commerzbank AG, Frankfurt am Main
S.W.I.F.T: COBADEFF
Hesab № 400 88 660 3001
Benefisiar Bank: Beynəlxalq Bankın Bakı Filialı
VÖEN: 9900001881
Kod: 805722
Müxbir hesab: 0137010002944
S.W.I.F.T.-Bik IBAZAZ 2 X
İştirakçıların iddiaçı statusu almaq üçün ARDNŞ-ə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.
X. Elanın II bəndində qeyd olunan tələblərə cavab verdiyi müəyyən edilmiş və iştirak haqqını ödəmiş potensial iştirakçılar aşağıda qeyd olunmuş əlaqələndirici şəxsə yazılı şəkildə müraciət edərək iştirak haqqının ödənilməsini təsdiq edən sənədi (məsələn, ödəniş tapşırığını) təqdim etməklə əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dillərində elektron və ya çap olunmuş versiyasını ala bilərlər:
Əlaqələndirici şəxs: Elməddin Dadaşov
Emal Layihələrinin İdarəedilməsi şöbəsinin rəisi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Ünvan: Bakı şəhəri, Az 1095,
Neftçilər prospekti, 73
Tel/Faks: +(994 12) 521 01 55;
Mobil: +(994 50) 305 70 00;
+(994 50) 280 75 10
E-mail: [email protected]
XI. Tenderə təqdim olunan bütün sənədlər ingilis/Azərbaycan və ya ingilis/rus dillərində tərtib edilməli və hazırlanmalıdır.
XII. Məzmun və keyfiyyət üzrə tələb olunan keçid balını toplamış iddiaçılardan ən sərfəli təklif verən iddiaçı tenderin qalibi hesab edilir və müqavilə ilə təltif olunur, bu barədə ona bildiriş göndərilir. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə uyğun olaraq ARDNŞ-in hər hansı və ya bütün təklifləri şərtsiz rədd etmək hüququ vardır. ARDNŞ-in ən aşağı qiyməti olan təklifi və ya hər hansı təklifi qəbul etmək öhdəliyi yoxdur.
XIII. İddiaçıların tender təklifi bir əsli və iki surəti olmaqla ayrı-ayrı ikiqat zərflərdə 15 dekabr 2011-ci il saat 18:00-dək tender komissiyasına təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri qəbul edilmir.
XIV. ARDNŞ-in əsas şərtlər toplusuna əlavə və düzəlişlər etmək, tender təkliflərinin qəbulu müddətini uzatmaq hüququ var.
XV. Zərflərin açılışı 20 dekabr 2011-ci il saat 15:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə ARDNŞ-in Baş ofisinin akt zalında (2-ci mərtəbə) keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında