Bakı Metropoliteni açıq tender elan edir

Tender 1 Lot üzrə keçiriləcək.
Bakı Metropoliteni 10 dəst çevik-tez təsirlənən avtomatik açarların (o cümlədən: 10 ədəd induktiv şunt, 10 ədəd lövbər, 10 ədəd maqnit şuntu,10 ədəd saxlayan sarğac, 10 ədəd qoşan sarğac, 10 ədəd P formalı nüvə, 10 ədəd izolyasiyaedici ekran, 10 ədəd qövs söndürən sıxac, 10 ədəd maqnit üfürmə qütbü, 10 ədəd əsas keçirici təmaslar, 10 ədəd elastik birləşmə, 10 ədəd qövs söndürən buynuzcuqlar, 10 ədəd qövs söndürən kamera, 2 ədəd ehtiyat qoşan-saxlayan sarğac və 320 kq 10x120mm2 - lik mis şin) açıq tender üsulu ilə satınalınmasını həyata keçirir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu, Ə.Qayıbov küçəsi, 11 A (əlaqələndirici şəxs Ə.Osmanov) Tel.: (+99412) 490-01-71; 490-01-70; 499-64-57
Faks: [email protected] nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 1 Lot - 300 manat
Hesab: H/h 33060542860001
VÖEN 1300279751
Bank: Texnikabank ASC
Kod: 506872
VÖEN 9900000681
M/H 0137010031944
S.W.İ.F.T: TECİAZ22
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət;
tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifinin qiymətinin 1% həcmində bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
iddiaçının son 1 ildəki fəaliyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
iddiaçının son 1 ildəkii maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23.08.2011-ci il tarixə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə (zərflərin açılmasına 1 bank günü qalmış) 29.08.2011-ci il saat 17:00-a qədər, Bakı Metropoliteni, elektrik təchizatı xidmətinə, Ə.Qayıbov küçəsi, 11 a nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 01.09.2011-ci il, saat 15:00-da Bakı şəhəri, H.Cavid prospekti, 33A, Bakı Metropoliteninin akt zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında