Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti hemmoloji laboratoriya avadanlıqlarını almaq məqsədilə
TENDER ELAN EDİR
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (bundan sonra Xidmət).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, M.Qardaşları küçəsi, 96A.
1.Açıq tenderdə hemmoloji laboratoriya avadanlıqlarının alınması təklif olunur.
2.Tender proseduru 2011-ci il iyulun 26-da saat 10.00-da xidmətin rəis müavininin otağında keçiriləcəkdir.
3.Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1.Tenderdə iştirak etmək üçün ərizə.
3.2.İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4.Tender təklifləri 2011-ci il iyul ayının 25-də saat 10.00-dək Xidmətin Maliyyə-Təsərrüfat şöbəsinə təqdim olunmalıdır.
4.1.İstehsal şəraiti və məhsulları mövcud qanunvericiliyin tələblərinə cavab verən, hemmoloji laboratoriya sahəsində təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan iddiaçılar tenderdə iştirak edə bilməzlər.
4.2.Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli, tender komissiyasına təqdim etməlidir.
4.3.İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
4.4.Tender təklifinin qəbul edilməsi və əlavə məlumatların verilməsi üçün əlaqələndirici şəxs xidmətin baş mühasibi Ş.Camalovadır. Əlavə məlumat almaq üçün 13 iyun 2011-ci il tarixdən 26 iyul 2011-ci il tarixədək saat 10.00-dan 17.00-dək (fasilə 13.00-dan 14.00-dək) aşağıdakı ünvana müraciət etmək olar: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, M.Qardaşları küçəsi, 96A. Telefon: (99412) 493-72-66; 597-39-91; Faks: (99412) 498-68-70.
5.İddiaçı həmçinin aşağıdakı məlumatları və sənədləri təqdim etməlidir:
5.1.İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi (ölkə) yer.
5.2.İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.
5.3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış.
5.4.İddiaçının son bir il ərzində balans məlumatlarına əsasən maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6.İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7.Avadanlıqların alınması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar xidmətə müraciətdən və tenderdə iştirak üçün 300 (üç yüz) manat ödədikdən sonra tenderdə iştirak şərtləri toplusunu ala bilərlər. Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti
VÖEN: 1400329071
Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankın Mərkəzi Filialı
Kod: 805722; Müxbir hesab: 0137010002944
VÖEN: 9900001881
S.W.İ.F.T. BİK İBAZAZ 2X
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı xəzinədarlıq idarəsi
VÖEN - 1700986181
Hesab N:33205019449328518204
Qeyd: İştirak haqqı heç bir halda geri qaytarılmır.
8.Tenderin əsas şərtlər toplusu Azərbaycan və rus dillərində tərtib olunmuşdur.
9.Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilir.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında