Bərpa işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün keçirilən

Bərpa işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün keçirilən
AÇIQ TENDER ELANI
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (AYBA) Füzuli rayonunun kəndlərində müharibədən zərər çəkmiş 500 ədəd fərdi yaşayış evinin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar açıq tender keçirir, o cümlədən Horadiz şəhərində 100 ev və kəndlərdə 400 ev.
İşlərin tərkibi:
1. Layihə -smeta sənədləri Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş və Bərpa Agentliyi tərəfindən təsdiq edilmiş 500 yaşayış evinin siyahısı üzrə hazırlanmalıdır. Evlərin yerləşdiyi yer, sahiblərin adları və ailə tərkibi Füzuli Rayon İcra Aparatının, Bərpa Agentliyi və layihə təşkilatının nümayəndələrinin iştirakı ilə yerində tərtib edilməlidir.
2. Bütün evlər yerində baxılıb müayinədən keçirilməlidir. Ehtiyac yaranan hallarda torpaqın mühəndis-geoloji axtarışları aparılmalıdır. Müayinə vaxtı özüllərin, yük daşıyan konstruksiyaların etibarlığı müəyyənləşdirilməlidir. Zəruri hallarda onların gücləndirilməsi və yaxud əvəzlənməsi nəzərə alınmalıdır.
3. Müayinə nəticəsində hansı bir evin əsas konstruksiyasının bərpası məqsədəuyğun deyilsə, mövcud tiplik layihələrdən istifadə edərək yeni evin tikilməsi nəzərə alınmalıdır.
4. Evlərin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanmasında tender sənədlərinə əlavə edilmiş layihə tapşırığının tələblərinə tam riayət edilməlidir.
Tenderdə iştirak etmək üçün iddiaçıların oxşar işlərin aparılması üzrə geniş təcrübəsi olmalıdır ( son 3 ildə ən azı 3 ədəd müvəffəqiyyətlə təhvil verilmiş oxşar obyektlərin layihə-smeta sənədlərinin hazırlanması və müvafiq qaydada ekspertizadan keçirilməsi və rəsmiləşdirilməsi). Bərpa Agentliyi tərəfindən keçirilən tenderlərdə iddiaçıların son 3 ildəki işlərinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması bir qayda olaraq nəzərə alınacaqdır.
İddiaçılar tender sənədlərini rəsmi müraciət əsasında və Agentliyin aşağıdakı hesabına 500 manat köçürməklə əldə edə bilərlər.
AYBA-nın rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı, Bakı filialı:
Kod: 805045;
VÖEN: 9900001881;
Müxbir hesab: 0137010002944;
S.W.İ.F.T. Kod: BİK: İBAZAZ 2X
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik:
VÖEN: 1400294891,
S.W.İ.F.T. Kod: BİK: İBAZAZ 2X
Hesab №-si: CCS
33304029449330720120
Tender haqqında hərtərəfli məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ/1108, İbrahimpaşa Dadaşov küçəsi, 60,III mərtəbə.
E.Abdullayev (planlaşdırma üzrə menecer), telefon: 5617025;
Ə.Əhmədov (əməliyyatlar üzrə menecer), telefon: 5617281;
Faks: 5617098;
E-mail: [email protected]
Tenderdə iştirak etmək üçün iddiaçıların bağlı və möhürlənmiş zərflərdə iki nüsxədən ibarət olan təklifləri 08.08.2011-ci il yerli vaxtla saat 16.00-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəkdir.
Tenderin açılış proseduru 09.08.2011-ci il saat 16.30-da AYBA-nın ofisində keçiriləcəkdir.

{nl}

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyin Tender komissiyası

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında