Azərbaycan Respublikasının Mərkəzi Bankın

Azərbaycan Respublikasının Mərkəzi Bankında informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində auditin aparılması ilə bağlı
TENDER ELANI
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartlar əsasında auditin keçirilməsi və bu sahədə inkişaf strategiyasının hazırlanması üçün açıq tender keçirir.
Tender proseduru 21 iyul 2011-ci il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.İddiaçının mərkəzi bankların və ya mühüm maliyyə institutlarının informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə auditində iş təcrübəsi olmalıdır. Belə təcrübəsi olmayan iştirakçılar tenderdə iştirak edə bilməzlər.
3.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
-Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 5 (beş) il ərzində yerinə yetirilən ən azı 2 (iki) layihənin açıqlanmasını və ən azı 2 (iki) müştərinin adını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat;
-tenderin əsas şərtlər toplusunda iddiaçıya dair müəyyən edilmiş digər tələblərə uyğunluğu barədə məlumat;
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 29 avqust 2011-ci il tarixədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada).
4.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 20 iyul 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 13 iyul 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
5.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944 kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
6.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:
Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № 0170690001944.
7.Auditin başlanma vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən.
8.Auditin aparılması müddəti: 6 (altı) ay.
9.Qiymətləndirmə meyarları: maliyyə və texniki amillər.
10.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan və ingilis dillərində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Fərid Osmanov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (507), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].

{nl}

Tender komissiyası

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında