"Qayğı" Mənzil-Tikinti Kooperativi

"Qayğı" Mənzil-Tikinti Kooperativi 2011-ci ildə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə prokurorluq işçiləri üçün 160 mənzilli, 17 mərtəbəli yaşayış binasının tikintisi məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Müsabiqənin predmeti - Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə prokurorluq işçiləri üçün 160 mənzilli, 17 mərtəbəli yaşayış binasının tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər əsas şərtlər toplusunu Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7, əlaqələndirici şəxs Səyyaf Qubadovdan ala bilərlər. Telefon (99412) 492-22-29, mob: (050) 635-70-00.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);
-iddiaçının son üç ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Forma-1, Forma-2);
-iddiaçının bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların gördükləri analoji işlər haqqında məlumat;
-iddiaçılar iş qrafikini təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti istisna olmaqla) iş qrafiklərini 5 iyul 2011-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş zərfdə 8 iyul 2011-ci il saat 15.00-a qədər, "Qayği" Mənzil-tikinti kooperativinə (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 9 iyul 2011-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında