"NORM" MMC

"NORM" MMC Bakı şəhərinin Qaradağ rayonunda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edən QIZILDAŞ SEMENT zavodunun elektrik təchizatı layihəsi çərçivəsində
TENDERƏ DƏVƏT EDİR
Tender iki Lot üzrə keçirilir:
Lot 1. Səngəçal Yarımstansiyasının yenidən qurulması üçün avadanlıq təchizatı - 125MVA, 220/110/10 kV elektrik paylayıcı transformatorun gücünün 200 MVA-dək artırılması.
Lot 2. 110kV qaz izolyasiya paylayıcı qurğusunun (QİPQ), 6,3kV vakuum paylayıcı qurğusunun və 50 MVA transformatorların açar təhvili prinsipi ilə texniki xarakteristikalarının müəyyənləşdirilməsi, layihələndirilməsi, satınalınması, tikintisi və istismara verilməsi.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı meyarlara cavab verməlidirlər:
-2010-cu il dekabr ayının sonuncu gününədək son beş il ərzində baş podratçı qismində bənzər işləri qənaətbəxş tərzdə başa çatdırmış olmalıdır.
-Qanunvericilik çərçivəsində tələb olunan bütün lisenziya və icazələr.
İşlərin yerinə yetirilməsi üçün zəruri olan texniki bacarıqlara, o cümlədən müvafiq sahələr üzrə ən azı 5 il iş təcrübəsi olan kifayət sayda ixtisaslı mühəndislərə, habelə müqavilə işlərinin lazımi tərzdə icrası üçün zəruri tərkibdə texniki və inzibati heyətə malik olması barədə məlumat.
-Oxşar elektrik işləri üzrə orta illik maliyyə dövriyyəsi (ümumi) 31 dekabr 2010-cu ilə qədər son üç ardıcıl maliyyə ili ərzində 10 milyon AZN təşkil etməsi barədə arayış.
-Ən azı 3.0 (üç) milyon AZN məbləğində işçi kapitala malik olması barədə bank arayışı.
-İşin lazımi qaydada və vaxtında yerinə yetirilməsi üçün tələb edilən tikinti maşın və mexanizmlərinə malik olması barədə məlumat.
İddiaçılar "NORM" şirkətinin aşağıdakı ünvanda yerləşən ofisindən əlavə məlumat əldə edə, tender sənədlərini nəzərdən keçirə və əldə edə bilərlər:
"NORM" MMC
Tender komissiyası: cənab Rüfət Ağayev
Ünvan:AZ1022, Azərbaycan, Bakı şəhəri, Bakıxanov küçəsi, 6.
Bridge Plaza, 7-ci mərtəbə
Telefon/ Faks No: (+ 99412) 404 5400/10
E-mail ünvanı:[email protected]
Tenderin aşağıdakı cədvələ əsasən keçirilməsi nəzərdə tutulur.
Tender sənədlərinin iddiaçılara təqdim olunmasının başlanması 20/06/2011.
Tender iştirakçılarının qeydiyyatının son tarixi 05/07/2011.
İddiaçılar öz təkliflərini 25 iyul 2011-ci il, saat 18.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında