Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik

Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik (AYBA) Azərbaycan Respublikası büdcəsinin vəsaiti hesabına
Gəncə, Şəmkir şəhərlərinin, Samux rayonu (Nəbiağalı qəsəbəsi) və digər yaşayış məntəqələrinin içməli su təchizatının Şəmkir çayı üzərində tikilən su anbarından təmin edilməsi üçün magistral su xəttinin və sutəmizləyici qurğunun tikintisi məqsədilə 2 lotdan ibarət
Lot № 1: Sutəmizləyici qurğular stansiyasının tikintisinə (I mərhələ) və
Lot № 2: Magistral su kəməri xətlərinin tikintisinə (I mərhələ)
AÇIQ TENDER KEÇİRİR
Tenderin keçirilməsində əsas məqsəd yuxarıda qeyd olunan tender predmetləri üzrə nəzərdə tutulmuş mürəkkəb tipli işlərin beynəlxalq standartlara tam cavab verən tələblərlə aparılması məqsədilə yüksək texniki və maliyyə potensialına malik, peşəkar və səriştəsi olan podratçı təşkilatların seçilməsidir.
Tenderdə Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında" Qanununun alqı-satqı şərtləri əsas tutulacaqdır.
Tender iştirakçıları öz texniki sənədlərini və maliyyə təkliflərini ayrı-ayrı, bağlı, möhürlənmiş zərflərdə, 2 nüsxədə təqdim etməlidirlər (əsli və surəti). Qiymətləndirmə zamanı maliyyə təklifləri açılmadan iddiaçıların əvvəlcədən texniki-ixtisas sənədləri yoxlanılacaqdır. Meyarlara cavab verməyən təkliflər kənarlaşdırılacaqdır. Bu yoxlamanın ancaq müsbət nəticəsini qazanan iddiaçının maliyyə təklifləri açılacaqdır.
İddiaçılar hər iki lotda və yaxud bir lotda iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıda göstərilən sənədləri təqdim etməli və meyarları tam əhatə etməlidirlər:
-İddiaçıların son 3 ildə sutəmizləyici qurğuların tikintisi (Lot № 1) və böyük şəhərlərin su təchizatı sistemlərinin, xüsusən yüksək diametrli polad borulardan (1200 mm-dən yuxarı) olan su xətlərinin tikinti işlərinin (Lot № 2) aparılmasında və müvəffəqiyyətlə vaxtında başa çatdırılmasında təcrübəsi olmalıdır.
-Tikinti işlərinin yerinə yetirilməsi üçün iddiaçının idarəetmə səriştəsi, lazımi texniki, maliyyə və professional imkanları olmalıdır;
-İşlərin görülməsi üçün iddiaçının sərbəst vəsaitlərinin olması haqqında arayış (işlərin aparılması üçün iddiaçının ən azı ehtimal qiyməti həcmində sərbəst vəsaiti olmalıdır);
-Son 3 ildə iddiaçının maliyyə dövriyyəsi obyektin tikintisi üzrə təklif etdiyi qiymətdən 5 dəfə çox olmalıdır (hər il üzrə) və bu haqqda iddiaçı təsdiqedici sənədləri təqdim etməlidir;
-İddiaçının ən azı 1,0 mln. manat məbləğində səlahiyyətli bankdan kredit almaq imkanı olmalıdır və bu imkan haqqında təsdiqedici sənəd təqdim olunmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə aidiyyətı orqanlardan rəsmi arayışlar;
- Vergilər Nazirliyi tərəfindən təstiqlənmiş son ilin balans məlumatı;
- iddiaçıların təsis və qeydiyyat sənədlərinin surəti;
-İddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;
-İddiaçıların kredit borclarının olmaması haqqında bank arayışları;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (Forma 1 və Forma 2);
-İddiaçının lazımi qədər avadanlıqları, xüsusi mexanizmləri və özünün işçi qüvvəsinin tərkibində yüksək səviyyəli mütəxəssisləri olmalıdır;
- İddiaçının tenderə çıxarılmış işlərin aparılmasına müvafiq lisenziyası olmalıdır və həmin lisenziya tender təklifinə əlavə edilməlidir;
-Bərpa Agentliyi tərəfindən əvvəlki illərdə Azərbaycan Respublikası şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə keçirilən tenderlərdə iddiaçıların axırıncı 3 ildə icra və bərpa etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verməsi bir qayda olaraq nəzərə alınacaqdır;
- Tender təklifi ilə birgə tender qiymətinin 2 % həcmində səriştəli bankdan tender zəmanəti təqdim edilməlidir.
Tender haqqında hərtərəfli məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 60, III mərtəbə.
Əhməd Əhmədov - əməliyyatlar üzrə menecer
Tel. (99412)5617281; Faks: (99412) 5617098;
Tenderdə iştirak etmək üçün iddiaçılar yazılı sorğu və sənədlər toplusuna hər lot üzrə ayrılıqda geri qaytarılmayan 2000 manat məbləği
Bərpa Agentliyinin hesabına:
Azərbaycan Respublikası Beynəlxalq Bankı,
Bakı filialı, Kod 805045;
VÖEN 9900001881;
Müxbir Hesab: 0137010002944;
S.W.I.F.T. Kodu: BIJ: IBAZAZ 2X,
Hesab №-si: CCS 33304029449330720,
VÖEN 1400294891) köçürməlidirlər.
Möhürlənmiş zərflərdə tender təklifləri 28 iyul 2011-ci il yerli vaxtla saat 16.00-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəklər.
Tenderin açılması proseduru 29 iyul 2011-ci il saat 16.00-da bərpa agentliyində keçiriləcəkdir.

{nl}

Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında