Saatlı Rayon İcra Hakimiyyəti

Saatlı Rayon İcra Hakimiyyəti
2011-ci ildə rayonda abadlıq və tikinti işlərinin yerinə yetirilməsi məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 3 (üç) LOT üzrə keçirilir:
Lot 1 - Saatlı şəhərinin abadlaşdırılması
Lot 2 - rayon Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası üçün yeni binanın tikintisi
Lot 3 - Şahmat məktəbi üçün yeni binanın tikintisi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 80 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev meydanı, Saatlı Rayon İcra Hakimiyyəti, əlaqələndirici şəxs: Kamil İmanov, telefon (0168) 5-20-14, mob: 050 557-80-09
Təşkilat: Saatlı RİH
Hesab: 32051019445900201159
VÖEN: 9900003611
Bank: "Kapital Bank"ın Saatlı filialı
Kod: 200598
VÖEN: 6700010741
Müxbir hesab: 0137010001944
S.W.I. F.T: BİK AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Forma-1, Forma-2);
- iddiaçının bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların gördükləri analoji işlər haqqında məlumat;
-iddiaçılar iş qrafikini təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti istisna olmaqla) iş qrafiklərini 22 iyun 2011-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 1 iyul 2011-ci il saat 15.00-a qədər, Saatlı Rayon İcra Hakimiyyətinə (ünvan: Saatlı şəhəri, H.Əliyev meydanı) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 4 iyul 2011-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında