Şriftin ölçüsü:
06.05.2011 13:44 | Oxunma sayı: 424
Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satınalınması üzrə
1.Azərbaycan Respublikasının Mərkəzi Bankının Xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun aşağıda qeyd olunan qablaşdırma materiallarının satın alınması ilə əlaqədar "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq açıq tender keçirilir:
Termoyapışqanlı kağız lent;
Notapack tipli qablaşdırıcı maşın üçün termoyığışan selofan lent;
Əskinaslar üçün banderol halqaları;
Əskinaslar və qəpiklər üçün alt/üst örtük;
Multivak tipli vakuum qablaşdırıcı üçün selofan torba;
20 kq yükgötürmə qabiliyyətli şəffaf selofan torba;
Birdəfəlik plastik plomb;
Mühafizə bantı (qutuları plomblamaq üçün);
Qəpik bükülməsi üçün kağız lent;
Qəpik tübikləri qablaşdırmaq üçün selofan torba;
Qəpik torbaları yerləşdirmək üçün taxta qutu.
Ştrix-kod printer üçün katric;
Ştrix-kod printer üçün etiket lenti.
Tender proseduru 22 iyun 2011-ci il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
-iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 3 avqust 2011-ci ilədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1(bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada).
3.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2011-ci il 21 iyun saat 18.00-a qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 2011-ci il 10 iyun saat 18.00-a qədər bağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 150 (yüz əlli) manat məbləğində vəsait köçürməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944, kod 501004, m/h 0148010001944, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent bank: CITIUS33, Citibank New York Beneficiary's bank: NABZAZ2X, National Bank of the Republic of Azerbaijan Beneficiary: acc. № 0170690001944
6.Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 təqvim günü ərzində.
7.Qiymətləndirmə meyarları: qiymət amili, texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).
8.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Kərimli Rafiq (Nağd pul departamentinin mütəxəssisi).
Telefon: 493 11 22 (340), faks: 493 55 41, elektron poçt ünvanı: [email protected]
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.