Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Şabran Rayon Təhsil Şöbəsi
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir:
LOT-1 İnventarın alınması;
LOT -2 Əsaslı təmir işlərinin görülməsi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və teniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT- 1 və LOT - 2 üzrə 100 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şabran şəhəri, M.Ə. Rəsulzadə küçəsi, 39 nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs: İbrahimov Şirinəli Abusəddər oğlu ( tel. 3-23-77)
Təşkilat: Şabran Rayon Təhsil Şöbəsi
Hesab: 33205019449580043253 Şabran rayon YXO
VÖEN: 5000051201
Bank : ABB Şabran filialı
Kod : 805465
VÖEN: 9900001881
SWIFT: İ BAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət ;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi ;
- tender təklifi (zəriflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır );
- tender təklifləri dəyərinin 2 faizi həcmində bank təminatı(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, ünvanı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvezitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti ) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 may 2011-ci il tarixə kimi Şabran Rayon Təhsil Şöbəsinə təqdim etməlidirlər. İddiaçılar tender təklifi və bank zəmanətini 26 may 2011-ci il saat 18.00 -a kimi Şabran Rayon Təhsil Şöbəsinə (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi -39) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender zərfləri 27 may 2011-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında