Azərbaycan Respublikası Mərkəzi Bankının Ərazi İdarələri

Azərbaycan Respublikası Mərkəzi Bankının Ərazi İdarələrinin əsas inzibati binaya müasir telekommunikasiya şəbəkəsi vasitəsilə qoşulması, Mərkəzi Bankda simsiz şəbəkənin yaradılması və kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması üzrə
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
-1-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankın Ərazi İdarələrinin əsas inzibati binaya qoşulması məqsədilə əsas şərtlər toplusunun 1 №-li əlavəsində göstərilən texniki tələblərə uyğun olaraq müasir telekommunikasiya şəbəkəsinin yaradılması.
-2-ci lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 2 №-li əlavəsində göstərilən texniki tələblərə uyğun olaraq Mərkəzi Bankda simsiz şəbəkənin yaradılması.
-3-cü lot üzrə tenderin predmeti əsas şərtlər toplusunun 3 №-li əlavəsində göstərilən texniki tələblərə uyğun olaraq kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması.
Tender proseduru 8 iyun 2011-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
-iki nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifi 22 iyul 2011-ci il tarixinədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
-malların Avropa Birliyinin sertifikatları (CE);
-Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;
-Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 5 (beş) il ərzində yerinə yetirilən ən azı 2 (iki) layihənin açıqlanmasını və ən azı 2 (iki) müştərinin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən sənəd;
-təklif olunan şəbəkə infrastrukturları və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənəd.
3.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 7 iyun 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 may 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 1-ci lot üzrə 300 manat, 2-ci lot üzrə 100 manat, 3-cü lot üzrə 200 manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944 kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:
Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № 0170690001944.
6.İşlərin görülməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7.İşlərin görülməsi müddəti:
-1-ci lot üzrə - Mərkəzi Bankın Ərazi İdarələrinin əsas inzibati binaya müasir telekommunikasiya şəbəkəsi vasitəsilə qoşulması tender üzrə satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən ən geci 5 ay ərzində;
-2-ci lot üzrə - Mərkəzi Bankda simsiz şəbəkənin yaradılması tender üzrə satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən ən geci 4 ay ərzində;
-3-cü lot üzrə - kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatları tender üzrə satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən ən geci 2 ay ərzində.
8.Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
9.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Tender üzrə əlaqələndirici şəxs: Fərid Osmanov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı).
Telefon: 493-11-22 (507), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında