Şriftin ölçüsü:
28.04.2011 11:11 | Oxunma sayı: 471
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Cəlilabad və Xaçmaz şəhərlərində yerləşən regional laboratoriyaları üçün avadanlıqların, sərfiyyat mallarının satınalınması və laboratoriyaların təmiri məqsədilə
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 1 Lot üzrə keçiriləcəkdir.
LOT-1: Cəlilabad və Xaçmaz şəhərlərində yerləşən regional laboratoriyaları üçün avadanlıqların, sərfiyyat mallarının satınalınması və laboratoriyaların təmiri.
Tender iştirakçıları "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən LOT üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, satın alınan avadanlıqlar üzrə ölkəmizdə servis xidmətlərinin olması, müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Əsədov İlqar Surxay oğlu, tel: 437 37 37, (daxili 35-20).
Ünvan: AZ 1011, Bakı şəhəri, H.Zərdabi pr. 88A.
Maraqlananlar əsas şərtlər toplusunu LOT-1 üzrə cəmi 1400 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilatın adı: İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
VÖEN: 1302126941
Bank rekvizitləri: MN DXA-nin 12 saylı Xəzinədarlıq İdarəsi
H/h: 33205019449324665216
VÖEN: 1301937531
Bank: ABB Yasamal filialı
Kod: 805562
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
S.W.İ.F.T. BİK: IBAZAZ2X
Ünvanı: AZ 1011, Bakı şəhəri, H.Zərdabi pr. 88A Tel: 437 37 37
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü güvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü güvvədə olmalıdır);
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- satın alınan avadanlıqlar üzrə ölkəmizdə rəsmi nümayəndəlik statusuna, eləcə də servis xidmətlərinə malik olmasını təsdiq edən sənəd;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2011-ci il saat 18:00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərfdə 24 may 2011-ci il saat 18:00-dək İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təkliflər 25 may 2011-ci il saat 16:00-da Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində (ünvan: AZ 1011, Bakı şəhəri, H.Zərdabi pr. 88A.) açılacaqdır.
Təklif zərflərinin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.