"Azəristiliktəchizat" ASC

"Azəristiliktəchizat" ASC
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender səkkiz lot üzrə keçirilir:
Lot-1. Bakı şəhərində yaşayış binaları və sosial obyektlərdə istilik sistemlərinin əsaslı təmiri;
Lot-2. Qazanxananın qazlaşdırılması;
Lot-3. Yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri;
Lot-4. Yaşayış binaları və sosial obyektlərdə istilik mənbəyinin bərpası və modernləşdirilməsi;
Lot-5. İstilik təchizatı obyektlərinin layihələndirilməsi;
Lot-6. Qazanxana və istilik məntəqələrinin binasının əsaslı təmiri;
Lot-7. Qazan aqreqatının konvektiv və ekran hissələri dəyişdirilməklə əsaslı təmiri;
Lot-8. Qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materialların alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 150 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 3 nömrəli, əlaqələndirici şəxs : Rafiq Əliyev, telefon :(+994 12) 579 52 98) ünvanından ala bilərlər .
Təşkilat:"Azəristiliktəchizat" ASC
Hesab: 33010019442200226122
VÖEN 1700531291
Bank: "Kapital Bank" ASC-nin Qaradağ rayon filialı
Kodu:200220
VÖEN:9900003611
M/H:0137010001944
S.W.İ.F.T:AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
4.İddiaçının son bir ildəki fəaliyyəti haqqında təsdiq olunmuş maliyyə hesabatının surəti;
5.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
6.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
7.İddiaçının ştatında istilik təchizatı sahəsində 5 ildən artıq iş təcrübəsi olan ən azı 3 işçinin olması;
8.Müvafiq fəaliyyət növü üçün xüsusi razılıq (lisenziya);
9.Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10.Digər sənədlər:
11.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
12.Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 8 may 2011-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2011-ci il saat 17.00-dək Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 25 may 2011-ci il saat 16.00-da Bakı şəhəri, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında