“AZƏRİSTİLİKTƏCHİZAT” ASC-nin 2017-Cİ İL dekabrın 31- NƏ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA bİrləşdİrİlmİş (KONSOLİDƏ EDİLMİŞ) HESABATI


cedvel

MÜSTƏQİL AUDİTOR RƏYİ 

 

    “AZƏRİSTİLİKTƏCHİZAT” ASC-nin  idarə heyətinə

 

    Biz “AZƏRİSTİLİKTƏCHİZAT” ASC-nin və onun törəmə müəssisələrinin (birlikdə - qrup) 2017-ci il dekabrın 31-nə  maliyyə vəziyyəti haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatı və həmin tarixə bitən il üzrə mənfəət , zərər və məcmu mənfəət, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişikliklər haqqında birləşdirilmiş (konsolidə edilmiş) hesabatları, habelə, mühüm mühasibat uçotu siyasətlərinin xülasəsi və digər izahedici məlumatları özündə əks etdirən əlavə olunmuş birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini apardıq.

 

    Rəhbərliyin birləşdirilmiş (birləşdirilmiş (konsolidə edilmiş)) maliyyə hesabatları ilə bağlı məsuliyyəti

 

    Rəhbərlik maliyyə hesabatları üzrə beynəlxalq standartlara müvafiq olaraq birləşdirilmiş (konsolidə edilmiş) bu maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtakarlıq ,yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə görə zəruri sayılan daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

 

    Auditorun məsuliyyəti

 

    Bizim məsuliyyətimiz apardığımız auditə əsasən birləşdirilmiş (konsolidə edilmiş) bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir.

 

    Biz auditi beynəlxalq audit standartlarına müvafiq olaraq həyata keçirdik. Bu standartlar bizdən etik tələblərə riayət etməyimizi, eləcə də birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında mühüm təhriflərin olmadığına kifayət qədər əminliyin əldə edilməsi məqsədilə auditi planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir.

 

    Audit zamanı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarındakı məbləğ və açıqlamalara dair audit sübutlarının əldə olunması ilə bağlı prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun mühakiməsi, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında saxtakarlıq, yaxud səhv nəticəsində baş verməsindən asılı olmayaraq mühüm təhriflərlə bağlı risklərin qiymətləndirilməsindən asılı olaraq seçilir. Belə risk qiymətləndirmələrini həyata keçirərkən auditor şəraitə uyğun audit prosedurlarının planlaşdırılması məqsədilə müəssisənin daxili nəzarət sistemini, həmin sistemin səmərəliliyi  barədə rəy bildirmək üçün deyil, müəssisə tərəfindən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının düzgün hazırlanması və təqdim edilməsi ilə bağlı fikir formalaşdırır. Auditə, həmçinin, rəhbərlik tərəfindən tətbiq edilən mühasibat uçotu qaydalarının müvafiqliyinin və irəli sürülmüş mühasibat hesablamalarının əsaslı olduğunun qiymətləndirilməsi, habelə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

 

     Bizcə,  rəyimizi bildirmək üçün əsas verən kifayət qədər  uyğun audit sübutu əldə etmişik.

 

    Rəy,

 

    Fikrimizcə, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından ASC-nin 2017-ci il  dekabrın 31-nə konsolidə olunmuş maliyyə vəziyyətini və həmin tarixə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini maliyyə hesabatları üzrə beynəlxalq standartlara müvafiq olaraq düzgün əks etdirir.

 

Sərbəst auditor- Qarayev Vüsal Məmmədrəsul oğlu .                

Bakı şəhəri,27 iyun 2018-ci il .

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında