İnvestisiya qiymətli kağızların emitenti olan Teymur Əhmədov adına “AZNAR” QSC-nin 2017-ci il üzrə İLLİK HESABATI

Cədvəl

 

MÜSTƏQİL AUDİTORUN RƏYİ

TEYMUR ƏHMƏDOV ADINA "AZNAR" QSC-nin RƏHBƏRLİYİNƏ

Mən Azərbaycan Respublikasi ərazisində auditor  xidməti göstərmək üçün Respublika Auditorlar Palatasinin  31 yanvar 2014-cü il tarixli AT/111 seriyalı, 080786 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "AUDİT GRUP" MMC-nin direktoru, eyni zamanda Azərbaycan Respublikası Auditorlar Palatasının  07.09.2017-ci  il  tarixli  SA/107  saylı qeydiyyat nömrəsinə uyğun auditor fəaliyyəti göstərmək üçün verilmiş icazəyə müvafiq auditor  fəaliyyəti  ilə  məşğul  olan,  (ABŞ-da) Beynəlxalq Daxili  Auditorlar İnstitunun   fərdi üzvlüyünə dair 30.05.2001-ci il tarixli 1071542 saylı müvafiq sertifikatın sahibi, Beynəlxalq Mühasibat uçotunun standartlaşmasına    dair Azərbaycan Bank Tədris Mərkəzinin 24.12.2001-ci il tarixli sertifikatına  uyğun “BANK Auditi “ adı almış Məmmədov Natiq Həmid oğlu 5 aprel 2018-ci il tarixli  NM-00049 saylı müqaviləyə əsasən Teymur Əhmədov adına "AZNAR"  QSC-nin  01.01.2017-ci il tarixdən 31.12.2017-ci il tarixə təqdim edilən hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti  hesabatından,  eləcə  də  əsas  uçot prinsiplərinin xülasəsindən və digər izahedici qeydlərdən ibarət  maliyyə hesabatlarının audit yoxlamasını apardım.

Audit :5 aprel 2018-ci il tarixdə başlayıb, 6 aprel 2018-ci il tarixdə başa çatdı.

Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

  1. Hazırkı maliyyə  hesabatlarının  Milli Mühasibat Uçotu   Standartlarina   uyğun hazırlanmasına və düzgün təqdim edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı, maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq olunması  davam etdirilməsi, müvafiq uçot siyasətinin seçilməsi , tətbiq edilməsi və şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.

 

Auditorun məsuliyyəti

  1. Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamamızı Beynəlxalq Audit Standartları əsasında apardıq. Həmin standartların tələblərinə görə, biz etik normalara  əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

  2. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor qurumunun daxili nəzarət sisteminin  səmərəliliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə qurum tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Bizcə , əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.

 

Rəy

  1. Bizim fikrimizcə, əldə edilən bu maliyyə hesabatları 01.01.2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixə bütün əhəmiyyətli aspektlər baxımından Teymur Əhmədov adına "AZNAR" Qapalı  Səhmdar Cəmiyyətinin  fəaliyyətinin  nəticələrini  və  maliyyə  vəziyyətini  Maliyyə Hesabatlarınıın Milli Mühasibat Uçotu Standartlarına uyğun  düzgün əks etdirir.

 

  1. Rəy 6 aprel 2018-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir, Bunlardan biri sifarişçidə, ikincisi isə auditor təşkilatinda saxlanilir.

 

"AUDİT GRUP" MMC-nin

direktoru auditor                                                                                                            N.H.MƏMMƏDOV

 

Auditor :                                                                                                                   D.N.MƏMMƏDOV

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında