“Merser” ASC-nin 2017-ci il dekabrın 31-nə təsərrüfat ili üzrə müstəqil auditor rəyi və maliyyə hesabatı

MÜSTƏQİL AUDİTOR RƏYİ
“MERSER ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN RƏHBƏRLİYİNƏ 
Maliyyə hesabatları
Mən, Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Qarayev Eytibar Cavad oğlu, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 1 may 2018 -ci il tarixli SA/398 nömrəli İCAZƏ və “MERSER ” ASC ( VÖEN 1004675861 ) ilə (gələcək mətndə müəssisə adlanacaq) bağlanmış müqaviləyə əsasən 2018-ci il iyunun 29-da cəmiyyətin balans hesabatını, mənfəət və zərər haqqında hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın filial tərəfindən təqdim edilmiş sənədlər əsasında auditini apardım.
Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti
Rəhbərlik Maliyyə Hesabatının Milli Mühasibat Uçotu Standartları əsasında maliyyə hesabatlarının hazırlanmasına və ədalətli təqdimatına görə cavabdehdir. Rəhbərliyin məsul oldugu vəzifələrə aşağıdakılar daxildir: 
- maliyyə hesabatlarının saxtalaşdırmadan və hər hansı mühüm təhriflərə yol vermədən hazırlanması və ədalətli təqdimatına uygun daxili nəzarətin planlasdırılması, tətbiqi və saxlanılması; 
- müvafiq mühasibat uçotu siyasətlərinin seçilməsi və tətbiqi;
- şəraitə müvafiq mühasibat qiymətləndirmələrinin aparılması.
Auditorun məsuliyyəti
Bizim məsuliyyətimiz apardığımız auditin nəticəsinə əsaslanaraq bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz auditi audit standartlarına uygun olaraq həyata keçirdik. Həmin standartlar tələb edir ki, biz etik tələbləri yerinə yetirməklə yoxlamanın aparılmasını elə planlaşdıraq və həyata keçirək ki, maliyyə hesabatlarında əks etdirilən məlumatlarda əhəmiyyətli səhvlərin olmamasına kifayət qədər əmin olaq.
Audit zamanı maliyyə hesabatlarında əks etdirilən məbləğlər və açıqlamalar üzrə sübutların təsdiq edilməsi üçün prosedurlar aparılır. Prosedurlar auditorun qərarından, o cümlədən maliyyə hesabatlarında səhv və saxtakarlıqla bağlı mühüm risklərin qiymətləndirilməsindən asılı olaraq seçilir. Həmin risk qiymətləndirmələrini apararkən, auditorun məqsədi təskilatın daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy vermək deyil, şəraitə müvafiq audit prosedurlarının planlaşdırılması üçün təşkilat tərəfindən maliyyə hesabatlarının hazırlanması və ədalətli təqdimatının daxili nəzarət sisteminə uyğunluğunu nəzərdən keçirməkdir.
Audit yoxlamasına həmçinin rəhbərlik tərəfindən tətbiq edilmiş mühasibat uçotu siyasətlərinin və aparılmış mühasibat hesablamalarının müvafiqliyinin, eləcə də ümumi maliyyə hesabatlarının təqdimatının qiymətləndirilməsi daxildir.
Bizcə, apardığımız audit nəticəsində rəy vermək üçün kifayət qədər əsas toplamışıq.
RƏY
Bizim rəyimizə görə, bu icmal maliyyə hesabatları 2017-ci il dekabrın 31-nə 
“MERSER ” ASC - nin maliyyə vəziyyətini, həmin tarixdə bitən il üzrə fəaliyyət nəticələrini və nağd pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli hallarda düzgün və Maliyyə Hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun əks etdirir. 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında