“Salyan Plastik Kütlə Emalı” ASC-nin 2017-ci ilin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabat

 

Məzmun

Məbləğ

manatla

                          Bölmə     

                (maddələrin adları)

Məbləğ

manatla

                     Aktivlər

 

Kapital və öhdəliklər

 

Torpaq, tikili və avadanlıqlar

2992704

Ödənilmiş nominal (nizamnamə) kapital

1188318

Uzunmüddətli debitor borclar

503613

Uzunmüddətli kreditor borclar

2553875

Ehtiyatlar

1166989

Sair uzunmüddətli öhdəliklər

1221076

Pul vəsaitləri

299963

 

 

Cəmi aktivlər:

4963269

Cəmi kapital və öhdəlik

4963269

Əsas əməliyyat gəlirləri

1433699

 

 

Satışın maya dəyəri üzrə xərclər

1425073

 

 

Ümumi mənfəət (zərər)

+8626

 

 

Mənfəət vergisi 20%

1725

 

 

Hesabat dövründə xalis mənfəət (zərər)

  +6901

 

 

Qeyri nəzarət payları üzrə xalis mənfəət (zərər)

  +113

 

 

Cəmiyyətin əsas sahiblərinin mənfəəti (zərəri)

  +6788

 

 

 

MÜSTƏQİL  AUDİTORUN  HESABATI

 

“Salyan PKE” ASC-nin təsisçilərinə

RƏY

Mən,   “Salyan PKE” ASC-nin 2017-ci il dekabrın 31-nə   təqdim edilən əmlak və maliyyə vəziyyətini  dəyər ifadəsində əks etdirən balans, maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat, müəssisə balansına əlavədən ibarət  hərəkəti hesabatından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən olan maliyyə hesabatlarının auditini aparmışam.

 Məncə, əlavə edilmiş maliyyə hesabatları ,cəmiyyətin qeyd olunan illər üzrə maliyyə vəziyyətini və maliyyə nəticələrini Azərbaycan Respublikasının “Mühasibat  uçotu” haqqında  29 iyun 2004-cü il tarixli Qanununa və “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli  şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən maliyyə hesabatlarının auditinə aid  etik normaların və  Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq müəssisədən asılı deyiləm və digər etik öhdəliklərimi İESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm.

Məncə, əldə etdiyim auditor sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas  audit  məsələləri

Əsas audit  məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının  auditi baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşdrılmasında bütövlükdə nəzərə alınmış və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və müəssisənin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti  

Rəhbərlik maliyyə hesabatlarının “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına” uyğun hazırlanmasına və rəhbərliyin fikrincə, dələduzluq və səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının  hazırlanmasına imkan verən daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik müəssisəni ləğv etmək və ya işini dayandırmaq  niyyətində olduqda, yaxud  bunu etmədikdə başqa münasib alternativ olduğu halda, müəssisəni fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid məsrəflər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə rəhbərlik  məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim təqdim olunmuş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində  əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər dələduzluq və səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək  ehtimalı olduğu halda əhəmiyyətli  sayılır. 

Sərbəst  auditor - Bəşirov Şərif Miri oğlu , Salyan  şəhəri , 2 mart  2018-ci  il.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında