Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialına 2018/2019-cu tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu elan edir

Qəbul Dünya iqtisadiyyatı, maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil formasında aparılır.
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq vahid dövlət imtahanı (ЕГЭ) əsasında qəbul edilirlər.
Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat (test üsulu ilə), Azərbaycan və ya rus dili (imla), coğrafiya (test üsulu ilə) fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.
Sənədlər aşağıdakı tarixlərdə qəbul edilir:
Əyani tədris forması üzrə büdcə hesabına plan yerlərinə:
- vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən 20 iyun – 26 iyul 2018-ci il tarixlərdə;
- filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyun – 20 iyul 2018-ci il tarixlərdə.
Əyani tədris forması üzrə ödənişli plan yerlərinə:
- vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən 20 iyun – 25 avqust 2018-ci il tarixlərdə;
- filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyun–20 avqust 2018-ci il tarixlərdə.
Qiyabi tədris forması üzrə ödənişli plan yerlərinə sənəd qəbulu vahid dövlət imtahanı (ЕГЭ) və filial tərəfindən təşkil edilən sınaq imtahanlarının nəticələrinə əsasən 20 iyun–26 oktyabr 2018-ci il tarixlərdə aparılacaq.
Müsabiqədə iştirak etmək üçün Dərbənd filialında yerləşən müvafiq komissiyaya aşağıdakı sənədlər təqdim olunmalıdır:
- qəbul üçün xüsusi ərizə;
- şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə olunmuş notarial təsdiqli surəti;
- təhsil haqqında sənədin əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- foto (3×4 sm ölçüdə 5 ədəd).
- qeydləri rus dilində aparılmış tibbi arayış (forma 086-U).
Qəbul komissiyası həftənin 5 günü saat 9.00-dan 18.00-dək, şənbə günü isə 9.00-dan 16.00-dək fəaliyyət göstərir. Qəbul barədə ətraflı məlumatı rəsmi www.ageu-derbent.ru saytından, +79289377258; +79675820173; +78724045285 telefon nömrələrindən və [email protected] email ünvanından əldə etmək mümkündür.
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi, (keçmiş Sovetski küçəsi) 10B (101-ci auditoriya).
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında