Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi

Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi
2011-ci ildə şəhərdə görüləcək abadlıq işlərinin satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, aşağıda göstərilən Lot üzrə tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
Lot-1 - Şəhər ərazisində abadlaşdırma işlərinin satınalınması.
İşlərin yerinə yetirilməsi 2011-ci ilin sonunadək nəzərdə tutulur.
Tender iştirakçılarının ixtisas göstəriciləri "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2 maddəsində göstərilən meyarlara uyğun gəlməlidir. Tenderdə iştirak etmək istəyənlər Lot-1 üçün 200 manat məbləğində iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra göstərilən ünvandan tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir. Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Təşkilat: Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi
VÖEN 2300336431
H\h 33010019442700275127
"Kapital Bank" Gəncə filialı kod 200275
VÖEN
9900003611
m\h 01370100010944
SWIFT AIIBAZ2X
Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərməlidir.
Tenderdə iştirak etmək istəyənlər 9 may 2011-ci il saat 17.00-dək aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsinin surəti (təsdiq olunmuş);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqananın arayışı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- müəssisənin balansının (forma 1 və forma 2) vergi orqanı tərəfindən təsdiq olunmuş surətləri;
- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçıların potensial imkanları haqqında məlumat (texniki baza, avadanlıq və işçi qüvvəsi və s.);
- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır;
Həmin təminat zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar Lot üzrə tender təkliflərini 16 may 2011-ci il saat 18.00-a qədər aşağıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender proseduru 17 may 2011-ci il saat 15.00-da Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində (Heydər Əliyev meydanı inzibati bina, otaq 337.) keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: N.Xəlilova
Telefon: 56-07-37
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında