YENİ İİV QRANTI ÜÇÜN LAYİHƏ TƏKLİFİ (2018-2021-ci illər)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi yerli qeyri-hökumət təşkilatlarını Qlobal Fondun yeni İİV qrantı çərçivəsində 2018-ci ilin iyulundan 2021-ci ilin iyununa qədər vaxtı  əhatə edən İİV/QİÇS qrantı müsabiqəsində iştiraka dəvət edir 
 
Qlobal fondun əsas məqsədi bütün dünyada İİV/QİÇS, vərəm və malyariya ilə mübarizəyə görə ən yaxşı  fəaliyyətləri üçün  əlavə resursları cəlb etmək və bu məqsəd istiqamətində ən mühüm səyləri dəstəkləməkdir.
“İİV/QİÇS epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi layihəsi” Qlobal Fond tərəfindən maliyyələşən layihədir. Layihə təklifi cəzaçəkmə müəssisələrində aşağıdakı fəaliyyəti əhatə etməlidir:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 23 cəzaçəkmə müəssisəsində yüksək risk qrupları arasında İİV-in profilaktika proqramları.
Layihə təklifi paketi Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə çap formada Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 16/18 nömrəli ünvana  2018-ci il iyulun 4-ü saat 18.00-a qədər təqdim edilməlidir.
Məlumat sessiyası 2 iyul 2018-ci il saat 17.00-da Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin (Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 16/18) konfrans zalında keçiriləcəkdir.
Layihə təklifi paketinə (Azərbaycan dilində,12 arial şrifti ilə 4 səhifədən çox olmamaq şərtilə) daxil olmalıdır:
1. Layihə təklifi
• Layihə təklifinin adı
• Əsas məqsəd
• Təklif olunan fəaliyyətlər üçün təfsilatlı plana daxil edilməlidir:
- hədəf qruplar
- coğrafi ərazi
- əhatə
- sosial işçi və psixoloqların sayı
- gözlənilən nəticələr-hədəflər
• Büdcə
- administrativ xərclər (ofisin icarə haqqı, dəftərxana xərcləri, kommunikasiya xərcləri, bank komissiyası və s.) cəmi büdcənin 5 faizdən çox olmamalıdır, digər məbləğ isə xidmətlərə-müqavilələrə sərf edilməlidir. 
2. Təşkilat haqqında məlumat 
• Təşkilatın adı və təsis edilmə vaxtı
• Təşkilatın əvvəlki təcrübəsi (cəlb olunduqları layihələrin siyahısı və əməkdaşlıq etdikləri təşkilatlar) 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında