Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin “Dənizkənarı Milli Park” MMC-si AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. “Panorama” attraksionuna ehtiyat hissələrinin dəyişdirilməsi və quraşdırılmasının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə tender komissiyasına təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən şəxslər lot üçün tenderdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A, 2-ci mərtəbə, 1-ci qapı, AR DBİ “Dənizkənarı Milli Park” MMC-nin ofisindən (əlaqələndirici şəxs – Şirvan Quluzadədən, telefon (012)-505-02-17) ala bilərlər.
Tenderdə iştirak haqqı 500 manatdır.
TƏŞKİLAT: AR DBİ “DƏNİZKƏNARI MİLLİ PARK” MMC
H/ h : AZ94İBAZ 40060019449360874209
VÖEN: 1700875431
ABB “SƏBAİL” FİLİALI
KOD: 805056
VÖEN: 9900001881
M/ h: AZ03NABZ 01350100000000002944
SWİFT BİK: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (şərtlər təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçıların belə qurğların təmiri və quraşdırılması sahəsində iş təcrübəsi olmalıdır;
- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 iyul 2018-ci il saat 17 .00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 16 iyul 2018-ci il saat 17 .00-dək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A, 2-ci mərtəbədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 17 iyul 2018-ci il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A, 1-ci qapı, AR NK yanında DBİ “Dənizkənarı Milli Park” MMC-nin ofisində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender komissiyası

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında