Xətai Rayon İcra Hakimiyyəti 2018-ci ildə “Ağ şəhər” layihəsi çərçivəsində ərazinin tullantılardan təmizlənməsi və abadlıq işlərinin görülməsi məqsədilə

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot 1. Ərazinin tullantılardan təmizlənməsi və abadlıq işlərinin görülməsi.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində tikinti-quraşdırma və abadlıq işləri üzrə kifayət qədər təcrübəsi nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Xətai Rayon İcra Hakimiyyətinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı lot üçün 200 manatdır.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22

Təşkilat: Xətai Rayon İcra Hakimiyyəti

H/h: AZ28CTRE00000000000002517931

VÖEN: 2000267961

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 41.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə ( ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tekder təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son 2 (iki) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2018-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2018-ci ildə təsdiq olunmuş surəti;

- son 2 (iki) ildə tikinti-quraşdırma və abadlıq işləri sahəsində fəaliyyəti, maddi-texniki potensialı barədə ətraflı məlumat;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- görülmüş işlər üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 20 iyun 2018-ci il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi və bank təminatı 29 iyun 2018-ci il saat 17.00-a qədər ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Xətai Rayon İcra Hakimiyyətində tender komissiyasının otağında əlaqələndirici şəxsə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Tender zərflərinin açılışı proseduru 2 iyul 2018-ci il saat 11.00-da Xətai Rayon İcra Hakimiyyətində (Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 41) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (etibarnamə təqdim etməklə).

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 41.

Telefon: 490-05-94.

Əlaqələndirici şəxs: Emin Məmmədzadə.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında