Qax Rayon İcra Hakimiyyəti mənzil fondunun təmirinin satınalınması üçün

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 1 lot üzrə keçirilir.

Lot–1. Qax şəhərinin İ.Mustafayev 150, N.Nərimanov küçəsi 6 saylı kommunal yaşayış binalarının təmiri, Ş.Rustavelli küçəsi 14 saylı binanın həyətində abadlıq işləri, o cümlədən H.Əliyev prospekti 1a, 1b, 1v və 1 q saylı kommunal yaşayış binalarının həyətində yerləşən xeyir-şər binasının təmirinin satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı sürətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 32 (əlaqələndirici şəxs: Elbrus Tağıyevdən, telefon: 0242553392) ünvandan ala bilərlər.

 İştirak haqqı 150 manatdır.

H/h:AZ 20 İİB 32051019447100201171

VÖEN: 4300015071

Bank: “Kapital Bank”ın Qax filialı

Kod: 200714

VÖEN: 9900003611

M/H: AZ 37 NABZ 01350100000000001944

S.W.İ.F.T: AİİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

–tenderdə iştirak etmək üçün yazılı müraciət;

–tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

–tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

–iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

–iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

–iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

–tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;

–iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 iyun 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 iyul 2018-ci il saat 18.00-a qədər Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 6 iyul 2018-ci il saat 11.00-da Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında