Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti

 2018/2019-cu tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

•    050401 Dünya iqtisadiyyatı

•    050403 Maliyyə

•    050404 İqtisadiyyat

•    050402 Mühasibat uçotu və audit

•    050406 Statistika

•    050407 Menecment

•    050410 Dövlət və bələdiyyə  idarəetməsi

•    050655 İnformasiya texnologiyaları

•    050656 Sistem  mühəndisliyi

•    050409 Biznesin idarə edilməsi

•    050405 Sənayenin təşkili və idarə olunması

•    050408 Marketinq

•    050510  Ekologiya

•    050411  Kommersiya

•    050644  İstehlak  mallarının  ekspertizası və marketinqi

•    050642  Qida məhsulları mühəndisliyi

•    050321  Dizayn

•    050643 Çoxişlənən malların ­  texnologiyası  mühəndisliyi

•    050625 Texnoloji maşın və ­ avadanlıqlar mühəndisliyi

•    050647 Metrologiya, ­ standartlaşdırma və sertifikasiya mühəndisliyi

Təkrar ali təhsilə qəbul ancaq elektron qaydada həyata keçirilir. Göstərilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi   sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Təkrar ali təhsilə müraciət aşağıdakı internet linki vasitəsilə  həyata keçirilir:

http://www.kabinet.unec.edu.az

Sənədlərin qəbulu 2018-ci il mayın  21-dən avqustun 1-dək aparılacaq.

Təkrar ali təhsil almaq isiəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

- rektorun adına ərizə;

- ali təhsil haqqında sənədin (diplomun) notarial  qaydada təsdiqlənmiş surəti (diploma   əlavə ilə birlikdə);  

- iş yerindən arayış (işlədiyi halda);

- əmək kitabçasından çıxarış (işlədiyi halda);

- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr  2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na uyğun ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil ala bilərlər.

Ünvan: İstiqlaliyyət küçəsi, 6, otaq 107

Telefon: (012) 492-65-64.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında