A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 3 lot üzrə keçirilir.
Lot-1. “AzGerneft” MMC tərəfindən dərinlik ştanq nasoslarının satınalınması:
1.1. 20-125 RHAM 12-4-4 (HBİB-32-30-15) (32)- 400 ədəd
1.2. 20-175 RHAM-12-4-4 (HBİB-44-30-15) (43)- 200 ədəd
1.3. 20-175 THM-12-4-2 (HH2B-44-30-15)- (44) -400 ədəd
1.4. 25-225 THM-12-4-2 (HH2B-57-30-12)-(56)-200 ədəd
Lot-2. “AzGerneft”MMC tərəfindən nasos kompressor borularının satınalınması:
1.48 mm x 4.0 – 30.0 ton
2.73 mm x 5.5 – 400.0 ton
3. 114 mm x 7.0- 120.0 ton
Lot-3. “AzGerneft” MMC tərəfindən dərinlik nasos ştanqlarının satınalınması:
1.Ø19 mm – 1000 ədəd
2. Ø22 mm – 1000 ədəd
Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 500 (beş yüz) manat iştirak haqqını “AzGerneft” MMC-nin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.
Bankın adı və rekvizitləri:
“AzGerneft” MMC
Yerləşdiyi ünvan: AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7.
Tel: 451-36-04; 451-36-05.
Faks: 451-34-90.
Email ünvanı:
[email protected]
VOEN: 9900047091
Bankın adı: ARBB Sabunçu filialı
VOEN: 9900001881
H/h: AZ67IBAZ40010019449957001212
M/h: AZ03NABZ01350100000000002944
Kod: 805573
SWIFT BIK IBAZAZ2X
İştirak haqqı heç bir halda geri gaytarılmır.
İşrakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 (əlaqələndirici şəxs – Amal Şirinovadan) Telefon:511-31-08, elektron poçt ünvanı: [email protected] ünvanından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank qünü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank qünü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2018-ci ildə notariusdan təsdiq edilmiş surəti);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender iştirakçılarından tələb olunan sənədlər 29 iyun 2018-ci il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 5 iyul 2018-ci il saat 11.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 nömrəli ünvana təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.
Tender zərflərinin açılışı lot-1 5 iyul 2018-ci il saat 11.30-da, lot-2 saat 12.30-da və lot-3 isə saat 14.00-da “AzGerneft” MMC-nin iclas zalında keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.