Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2011-ci ildə malların və işlərin satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender aşağıdakı 7 LOT üzrə keçiriləcəkdir:
LOT-1- mətbəə xərcləri üzrə işlərin satınalınması;
LOT-2- cari təmir işlərinin satınalınması;
LOT-3- inventarın satınalınması;
LOT-4- avadanlığın satınalınması;
LOT-5- sair xərclərin satınalınması;
LOT-6- digər maşın və avadanlıqların satınalınması (qazanxana avadanlıqları);
LOT-7- digər maşın və avadanlıqların satınalınması (kompyuter və digər məişət avadanlıqları).
Maraqlananlar hər LOT üzrə müəyyən olunmuş məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər: LOT-1- 200 ( iki yüz) manat; LOT-2- 200 (iki yüz) manat; LOT-3- 100 (yüz) manat; LOT-4- 50 (əlli) manat; LOT-5- 100 (yüz) manat; LOT-6- 150 (yüz əlli) manat; LOT-7- 50 (əlli) manat.
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi, VÖEN 1700007431, h/h 33205019449328518204, MN DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi, ABB Mərkəz filialı, VÖEN 9900001881, kod 805722, m/h 0137010002944 SWIFT İBAZAZ 2x.
İştirak haqqı heç bir halda geri qaytarılmır. Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
1. tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
4. tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank zəmanəti (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
5. malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- LOT-6 üzrə nəzərdə tutulan işləri həyata keçirmək üçün xüsusi razılıq (lizenziya);
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan vaxta DSMF-yə verilmiş hesabatın surəti və DSMF-nin arayışı;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə Auditorlar Palatası tərəfindən təsdiq olunmuş məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
Malgöndərən (podratçılar) 1-ci, 2-ci və 5-ci bənlərdə qeyd olunan sənədləri 25 aprel 2011-ci il tarixə qədər tender komissiyasına təqdim etməlidir.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndiri şəxs A. Kərimova (telefon 012-492-59-35) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank zəmanətini imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 4 may 2011-ci il saat 17.00-dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 10 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında Tender Komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 5 may 2011-ci il saat 11.00-da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında