Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

2018/2019-cu tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə qəbul elan edir:

1. Dövlət və bələdiyyə idarəetməsi.

2. Menecment.

3. Beynəlxalq münasibətlər .

4. Politologiya.

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər mövcud qaydaya əsasən müsahibədə iştirak edə bilərlər.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- rektorun adına ərizə;

- göndəriş-zəmanət məktubu;

- əmək kitabçasının surəti ( hazırda işləməsi göstərilmək şərti ilə)

- ali təhsil haqqında sənədin - diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;

- sağlamlıq haqqında arayış;

- şəxsiyyəti təsdiq edən sənəd;

- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.

Qəbul komissiyası mərkəzi və yerli icra hakimiyyəti, digər təşkilatların rəhbərləri tərəfindən verilən göndəriş-zəmanət məktublarını nəzərə alacaq.

Sənədlər  2018-ci il iyunun 1-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaqda) qəbul edilir.

Əlavə ali təhsil almaq üçün Dövlət İdarəçilik Akademiyasına sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən keçmiş şəxslər qüvvədə olan əsasnaməyə uyğun əlavə ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilir və  müvafiq kurslara yerləşdirilirlər. Qruplarda tələbələrin sayı mövcud qayda ilə  müəyyən edilir.

 Xaricdə təhsil almış şəxslər təhsillərini növbəti pillədə davam etdirmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ixtisaslara uyğun olaraq ödənilir.

Ünvan: Bakı, Lermontov küçəsi 74, telefon: 492-66-19.

 Rektorluq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında