Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə

 Mərkəzi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Əmlak Xidmətləri Məkanı” üçün avadanlıq və sistemlərin, həmçinin görüləcək işlərin satınalınması məqsədilə

 

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tenderdə kompüter şəbəkələrinin qurulması, nəzarət-idarəetmə sistemlərinin və kompüter-ofis texnikasının gətirilməsi və quraşdırılması sahəsində təcrübəsi və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər iştirak edə bilərlər.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A nömrəli (404-cü otaq, tel.: (+99412) 565 41 85, e-mail: [email protected] – Natiq Yaqubov) ünvandan ala bilərlər.

VÖEN: 1302005391

İBAN: AZ20AIIB33010019443701802107

Bank rekvizitləri:                   

Bankın adı: ,,Kapital Bank”ın Xətai filialı

M.H: AZ37NABZ 01350100000000001944

Kod: 200071

VÖEN: 9900003611                                 

S.W.İ.F.T AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- digər sənədlər: tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, işlərin icra edilməsini təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.

İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədləri əsli və surəti olaraq 2(iki) nüsxədə təqdim edirlər.

İddiaçılar tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatını (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və əurəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.

İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 45 (qırx beş) təqvim günü müddətində icra olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

a) iddiaçının maliyyə təklifi;                   

b) avadanlığın texniki parametrləri üzrə tələblər;

c) ixtisaslı kadrların olması.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 20 iyun 2018-ci il saat 12.00-dək tender təklifini və tender təklifinin bank təminatını isə 2 iyul 2018-ci il saat 12.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 139A ( 404-cü otaq) nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 3 iyul 2018-ci il saat 12.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (109-cu otaq) ünvanında açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında